Putin Qarabağla bağlı Rusiya XİN-ə tapşırıq verdi
Prezident Vladimir Putin Rusiya XİN-ə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.
Öz növbəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb.
"Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, vəziyyəti və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da razılaşmanın imzalanmasına imkan verən bütün səylər barədə tamamilə məlumatlandırılıb", - deyə S.Lavrov bildirib .
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi iclasda Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev iştirak ediblər. /Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 7512 Tarix: 13 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident rektorla bağlı sərəncam imzaladı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova "Şərəf" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, Sərəncam Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi ilə əlaqəda
18 dekabrPrezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətil
11 dekabrPrezidentdən 1,4 milyonluq - Sərəncam
Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin
19 dekabrİlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu
15 dekabrPrezident bu şəxsləri təltif etdi (SİYAHI)
Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. "Şərəf" ordeni ilə. Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli "Əmək" ordeni ilə
18 dekabr