COVID-19-dan tamamilə bərpa dövrü nə qədər çəkir?

COVID-19-dan tamamilə bərpa dövrü nə qədər çəkir?Koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, çünki bədənin tam bərpa dövrü iki-üç ay çəkir.

Sonxeber.az "kp.ru"ya istinadən xəbər verir ki, bu barədə "Сбер Здоровь" xidmətinin direktoru Vladislav Məhəmməd Əli bildirib. Onun sözlərinə görə, orta və ağır formada xəstəlikdən əziyyət çəkən xəstələrin reabilitasiyaya daha çox ehtiyacı var. Mütəxəssis qeyd edib ki, xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətlərindən asılı olaraq insanların reabilitasiya müddəti bir il və ya daha çox müddət davam edə bilər.

Həkim infeksiyanın müalicəsi barədə məsləhət verib. Hər şeydən əvvəl ekspert verilən tövsiyələrə və reseptlərə riayət etməyin vacibliyini qeyd edib. Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıtmaq lazımdır, ancaq bunu tədricən edin - ciddi xəstəlikdən sonra enerji səviyyəsi azalır və bəzi fəaliyyətlər əvvəlkindən daha çox səy tələb edir. Ən azı 7-8 saat yatmağa çalışın.

Xroniki xəstəliyi olanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidir, bunun üçün yaxınlarınızdan dəstək və peşəkar psixoloji yardım ala bilərsiniz. Həkim balanslı qidalanma rasionuna əməl etməyi, menyuya asanlıqla həzm olunan protein, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr daxil etməyi tapşırıb. Acı, yağlı, duzlu və yüksək kalorili qidalardan çəkinin. Eyni zamanda, xəstədə ürək və ya böyrək çatışmazlığı və hipertoniya yoxdursa, gündə ən azı iki litr maye içməlidir.

Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır, fiziki fəaliyyətə yalnız bir aydan sonra və tədricən başlamaq lazımdır. Nəhayət, ürək və damarlarda əlavə stress yaratmamaq üçün isti hamam və saunadan imtina edin.(Publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3595   Tarix: 09 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinica

17 mart
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14 aprel
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel
.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart