Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?

Məsələ ilə bağlı Publika.az-a danışan cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu gün üçün qəbul olunmuş yeganə qayda erkən müayinədir:

"Bəzi inkişaf etmiş ölkələrdə ÜST tərəfindən və protokollarda təsdiqlənən müayinələr var ki, xəstəliyi tamamilə məhv edir. Xərçəngin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən yoğun bağırsaq, süd vəzi, prostat və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur. Xərçəngin yaranmasında qidalanmanın rolu çox böyükdür. Konservləşdirilmiş qidalar, trans yağlar, heyvan mənşəli qidalar birbaşa xərçəngin inkişafında rol oynayır. Bundan başqa, genetik amillərin də payı çoxdur".

Mütəxəssislər pestisidlərin, qida əlavələrinin, piylənmənin, hormonal məhsulların, eləcə də siqaretin qarşısının alınmasının lazım olduğunu bildirirlər. ÜST-nin hesabatında bildirilir ki, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng xəstəsi olacaq.

Afət Cabbarova əlavə edib ki, ölkəmizdə skrininq proqramı (Xəstəliyi müəyyən etmək üçün kliniki simptomsuz şəxslər qruplarının ilkin müayinəsi sistemi - red.) olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur:

"Çox təəssüf ki, önləyici tədbir olaraq ölkəmizdə skrininq proqramları varsa da, rəsmi qaydada tətbiq olunduğunu görməmişəm. Ən azı ildə bir dəfə yoxlanışdan keçməliyik. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Buna görə də 45 yaşdan sonra müayinə olunmaq lazımdır. Bağırsaq xərçəngi üçün də 45 yaşdan sonra 10 ildən bir yoxlanmaq şərtdir. Süd vəzi xərçənginə görə isə 40 yaşından etibarən yoxlanışdan keçilməlidir. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox görülən xərçəng növüdür. Skrininqi proqramı olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur".

ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bu il açıqladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi müəyyən olunub. 9,7 milyon insan bu xəstəlikdən ölüb. 2022-ci ildə ağciyər, döş və kolorektal xərçəng növləri dünyada ən çox görülən növlər arasında olsa da, ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi halların 12,4 faizini təşkil edib. Ən çox müşahidə olunan və ən ölümcül xərçəng növü qadınlarda döş, kişilərdə isə ağciyər xərçəngi olub.

Onkoloq-cərrah İbrahim Əsədlinin sözlərinə görə, obyektiv və subyektiv olmaqla, xərçəngin artmasının iki səbəbi var:

"Obyektiv səbəb az hərəkətlilikdir, subyektiv isə beynəlxalq imperialistlərin apardığı iyrənc siyasətdir. Xərçəngin müalicəsi və səbəbi çoxdan bəllidir. 500-dən çox yoxlamadan keçirilən üsullar var. Qəsdən həmin üsulları protokollara salmırlar, imkan vermirlər ki, həkimlər öz işlərini görsünlər. Şəxsən özüm xərçəngin qarışısını almaq üçün bir neçə dəfə Səhiyyə Nazirliyinə xüsusi proqram göndərmişəm. Onlar bunun marağında olmadığını deyirlər, əlavə edirlər ki, əcnəbilər nə deyirsə, biz də onu edəcəyik".

Tədqiqatçıların fikrincə, təxminən hər beş nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq. Təxminən hər 9 kişidən 1-i və hər 12 qadından 1-i bu xəstəlikdən ölür. Diaqnoz qoyulduqdan 5 il sonra yaşayan insanların sayının 53,5 milyon olduğu təxmin edilir.

ÜST-nin qlobal araşdırması göstərir ki, üzv ölkələrin yalnız 39%-i öz vətəndaşlarının xərçəng müalicəsi xərclərini ödəyir. Məlumata görə, ağciyər xərçəngi 2,5 milyon yeni tutulma hadisəsi ilə (ümumi xərçəngin 12,4%-i) dünyada ən çox yayılmış xərçəng növüdür. İkinci yerdə döş xərçəngi (2,3 milyon tutulma, 11,6%), kolorektal xərçəng (1,9 milyon tutulma, 9,6%), prostat xərçəngi (1,5 milyon tutulma, 7,3%) və mədə xərçəngi (970,000 tutulma, 4,9%) yer alıb.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2135   Tarix: 20 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli

6 iyun
.

Eyni vaxtda iki telefon işlətmək zərərlidir - yeni araşdırma

İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "The New Yor

6 iyun
.

Dietoloqdan çiyələk xəbərdarlığı: Bu qədər yemək kifayətdir

Meyvələrin tərkibində şəkər olduğuna dair narahatlıqlara baxmayaraq, onlar sağlam qidalanmanın vacib hissəsi olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, dietoloq Paulina Pilarska-Abramçikin sözlərinə görə, meyvələr təkcə təbii şəkər deyil, həm də orqanizm üçün vacib olan lif, vitaminlər v

21 iyun
.

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta

3 iyun
.

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanların əhəmiyyətli hissəsi 100 yaşdan çox ömür sürür. Mütəxəssislər bunu əsasən təz

2 iyun
.

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir. Qaynarinf

3 iyun
.

Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?

Batat - şirin kartof kimi tanınan tərəvəz adi kartofa bənzəsə də, daha incə, iri və şirin dadı ilə seçilir. bildirir ki, son zamanlar ölkədə bazar və marketlərdə çox görünən, amma qiyməti dodaq uçuqlatan şirin kartof insan sağlamlığı üçün əvəzsizdir. Hazırda kiloqramı 10 manata olan batat B, C, PP, A

6 iyun
.

Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib

Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər. xəbər verir ki, bu barədə dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edi

2 iyun
.

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. xəbər verir ki, əksər hallarda nəzərəçarpan damarlar orqanizmin çəki dəyişikliyi, fiziki aktivlik, isti hava v

31 may