Prezidentin köməkçisindən ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA
"Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdır".
Sonxeber.az bildirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Kəlbəcəri tərk edən ermənilər mülki obyektləri yandırır:
"Barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Təbii ki, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanunu xarakter daşıyır".
"Həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur", - deyə H.Hacıyev qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Müharibə Baxılıb: 2194 Tarix: 15 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiya növbəti təyyarələrini İrəvana göndərdi
Rusiya hərbi nəqliyyat aviasiyasının iki An-124 "Ruslan" təyyarəsi zirehli maşınları və sülhməramlı briqada bölmələrinin personalını İrəvan hava limanına çatdırıb. "RİA Novosti" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. "Təyyarələr 10 ədəd BTR-82A tipli zirehl
15 noyabr 2020Dağlıq Qarabağdakı sülhməramlılar nəyə və necə nəzarət edəcklər? - İZAH
Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında mövcud razılaşmanın öhdəliklərini cira etməkdir. Trend-ə istinadən xəbər verir ki, noyabrın 10-da imzalanmış bəyanatdan sonra Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə hüquqi icazə verilmiş oldu. Sülhməramlı missiya nədir?. - BMT mandatl
15 noyabr 2020Qarabağı tərk edən ermənilər torpaqlarımıza mina qoyur - FOTO
"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov Qarabağ bölgəsini tərk edən ermənilərlə bağlı paylaşım edib. O, bu barədə "Twitter" hesabında yazıb. "Ermənilər qanunsuz köçürüldükləri evlərimizi qarət edib. İndi köçdüklər
15 noyabr 2020Kəlbəcərdən çıxan sonuncu ermənilər - VİDEO
Ermənilər gecə saat 00.00-a qədər Kəlbəcəri tərk ediblər. erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 22.00 radələrində Kəlbəcər-Ermənistan istiqamətində xeyli sayda avtomobil görünüb. Ərazidə olan xarici jurnalistlərin dediklərinə görə, ermənilər nəyi aparmaq mümkündürsə söküb aparırlar.( )
15 noyabr 2020Füzulidə minaya düşənlərin hansı şəraitdə xəsarət aldığı bilindi
Noyabrın 14-də, saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minay
15 noyabr 2020