ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıbABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər.

Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "USA Today", BBC, CNN, "The New York Times", "The Guardian", "Washington Post", "Herald", "Newsweek", "Tribune" kimi media orqanlarına ünvanlanan müraciətdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına baxmayaraq, Ermənistan bu müqaviləni və beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycanın israrlı tələblərinə baxmayaraq, Ermənistan işğaldan azad edilmiş ərazilərdə yerləşdirdiyi mina xəritələrini təhvil vermədkən imtina edir. Üstəlik, Azərbaycanın yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirilməsi kimi məkrli məqsədlə diversant qruplarını ölkəmizin ərazilərinə göndərir. Bu məkrli və qeyri-insani siyasətin nəticəsində indiyədək 100-dən çox insan həlak olub və yaralanıb, iyunun 4-də isə azərbaycanlı jurnalistlər faciəli şəkildə həlak olub, bir neçə şəxs yaralanıb.

Müraciəti Azərbaycan-Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan-Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika- Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta-Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida-Azərbaycan Cəmiyyətininn rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota- Azərbaycan Assosiasisiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 796   Tarix: 06 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021