"Sari qarpız"ı yemək olarmı? - Nazirlikdən münasibət

"Sari qarpız"ı yemək olarmı? - Nazirlikdən münasibət"Son günlər Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda sarı qarpızın becərilməsi ilə bağlı məlumatlar yayımlanmaqdadır. Bir çoxları bunu qeyri-adı hal kimi qəbul edir. Bəzi şəxslər isə bu məhsulun Geni Modifikasiya Olunmuş (GMO) məhsul olması ilə bağlı əsassız fikirlər səsləndirirlər".Sonxeber.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib. Xidmət rəisi sarı qarpızın adi qarpız kimi "Qabaqkimilər" fəsiləsinə aid olduğunu və yabanı qarpızla adi qarpızın çarpazlaşdırılması nəticəsində alındığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və toxumların mət daxilində az olmasına görə fərqlənir: "Belə qarpızlar əvvəllər Tailandda, İspaniyada becərilirdi və qırmızı qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir".

Qarpızın tərkibində olan A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir, C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir, dəmir isə qanı az olan və anemiya xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq mayelərdən və çöküntülərdən təmizləyir.

Camal Quliyev meyvənin tərkibində yağ və xolesterinin olmadığını, həmçinin, az kalorili məhsullara aid edildiyini diqqətə çatdırıb: "Buna görə də bu qarpızdan arıqlama məqsədi ilə və atiskleroz zamanı istifadə etmək mümkündür. Mətbəxdə əsasən desertlərin və mürəbbələrin hazırlanmasında da geniş istifadə olunur. Qeyd edək ki, bu məhsuldan istifadə bəzi insanların psixologiyasına mənfi təsir göstərə bilər. Buna görə də həmin şəxslərin bu qarpızdan istifadə etməmələri məsləhət görülür".

DFNX rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində də adi qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna bilər: "Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə yoxdur və uzun illərdir ki, dünya miqyasında məti ağ və yaşıl qarpız sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması yayılan məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq olunmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2503   Tarix: 12 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

Ulsan Milli Elm və Texnologiya İnstitutunun cənubi koreyalı alimləri sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar, bu da cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. APA xəbər verir ki, bu barədə tədqiqat "Nature" elmi jurnalında dərc olunub. Təbiətdə almazla

25 aprel
.

Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...

Bu günlərdə Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. Məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Bildirilir ki, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gənc

27 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə qadağa ləğv edilib. Yenilik "Kosmi

27 aprel
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

28 aprel
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27 aprel
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21 aprel