Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıbErmənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, məlumatları "Novosti Armeniya" yayıb.

Argentinada ispan dilində çıxan "Laseptima" jurnalının 2008-ci ilin yanvar sayında "Diplomatik qaçaqmal" başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın diplomatla birlikdə Ara Ayvazyan bahalı avtomobillərin alverini edib. Onlar vergidən yayınmaq üçün avtomobilləri qaçaqmalçılıq yolu ilə gətirərək, özəlləşdirirmişlər. Bu cinayəti törətməkdə Ara Ayvazyan və o biri diplomatlar diplomatik toxunulmazlıq və pasportdan istifadə edirmiş.

Bildirilib ki, Ayvazyan 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyində işə qanunsuz yolla təyin olunub.

Argentinada da səfir işlədiyi zaman hazırladığı hesabatda erməni iş adamı, milyader Eduardo Ernekyan barəsində böhtan və yalan yazaraq Xarici İşlər Nazirliyini gülünc vəziyyətdə qoyub.

Bundan başqa iddia edilir ki, aprelin 23-də ermənilərin saxta tarixi günü ərəfəsində Türkiyənin Argentinadakı səfirinin dəvətini qəbul edib və türk səfirlə bir yerdə oturub, yeyib-içib.

Başqa bir qalmaqallı məlumat isə onun sürücüsü ilə bağlıdır. Argentinada səfir işləyən vaxt sürücü səfirliyin seyfindən pul oğurlayıb. Ancaq Ayvazyanın qohumu olduğu üçün sürücü cəzalandırılmayıb.

Məlumata görə, Ara Ayvazyan Qarabağla bağlı danışıqlardan xəbərsizdir.

Qeyd edək ki, Ara Ayvazyan 1969-cui il martın 30-da Yerevanda anadan olub. 1993-cü ildə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, 1994-cü ildə Livanın paytaxtı Beyrutda Siyasətşünaslıq fakültəsini bitirib. 1994-1996-cı illərdə Ermənistan XİN Avropa departamentinin ikinci attaşesi, 1996-1997-ci illərdə Ermənistanın Argentinadakı səfirliyində ikinci katib, 1999-2006-cı illərdə Ermənistanın Argentina, Çili və Urqvay üzrə səfiri işləyib. Nazir təyinatınadək Ar Ayvazyan müxtəlif ölkələrdə səfir, nazir müavinin vəzifələrində çalışıb.

2020-ci il noyabrın 18-də Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə xarici işlər naziri təyin olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1426   Tarix: 20 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadın evdən ulu babasının sevgi məktublarını tapdı

97 yaşlı Koloradolu nənəsinin əşyalarını gözdən keçirəndə təsadüfən 1890-cı il avqustun 5-də ulu babası Salvatore Ciuccinin yazdığı bir sevgi məktubu tapıb. xarici KİV-ə istinadən xəbər verir ki, Salvatore məktubda İtaliyadan San-Fransiskoya gəldikdən qısa müddət sonra həyat yoldaşı olan Anna Merfidə

23 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel
.

Toydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ

Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni

24 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

Dili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO

Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara

24 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25 aprel
.

Villada gənc qadını öldürüb, ailəsinə zəng edərək intihar etdiyini dedi

Türkiyədə qadın sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, kişi gənc qadını villada öldürüb. Daha sonra ailəsinə zəng edərək qızların intihar etdiyini deyib. Bir müddətdir birlikdə olduğu deyilən cütlük lüks evdə yaşayıblar. Kişi qadını bu evdə güllələyərək öldürüb. Dah

26 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel