"Associated Press" azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzularından yazır

"Associated Press" azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzularından yazır"Associated Press News" agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.

Sonxeber.az xəbər verir ki, "Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa" sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.

Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.

1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir.

Müəllif yazır Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Rayon azad ediləndən sonra Adilin qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadıqları evin dağıdıldığını bildirib. Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir. Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.

Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib. Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb. Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir./Trend.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1105   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özünü həkim kimi təqdim edən gənc 84 yaşlı iflic qadına təcavüz etdi

Türkiyədə 23 yaşlı gənc 84 yaşlı iflic olan qadına təcavüz edib. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində özünü həkim kimi təqdim edən gənc iflicli qadına təcavüz edib. O qadına sizə "sizi müayinə etməyə gəldim" deyib. İflicli qadına cinsi təcavüz etdiyi iddia edilə

26 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel
.

Dili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO

Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara

24 aprel
.

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq

25 aprel
.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

İtkin 4 yaşındakı uşağın cəsədi samanlıqda tapıldı: Əmisi oğlu saxlanıldı

İtkin düşən 4 yaşlı uşağın cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, itkin düşən 4 yaşlı uşağın cəsədi samanlıqda tapılıb. Hadisə ilə bağlı uşağın əmisi oğlu saxlanılıb. Əmisi oğlunun ayaqabılarında olan qan lekələrini görən polis onu bölməyə çağırıb

24 aprel
.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel