Azərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbBaş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar davam etdirilir.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb. Onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kq 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Baş İdarənin əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram "Alisa", 16 qram "Tramadol", 67 qram "Paden 300" markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram "Paden 300" və 23 qram "Tramadol" adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1 148 ədəd satışı qadağan edilən psixotop tərkibli dərmanlar aşkarlanıb.

Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarəsnin əməkdaşları tərəfindən 10 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbAzərbaycanda 10 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 364   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel