Havaların kəskin soyuması bu xəstəlikləri aktivləşdrir - Kimlər risk altındadır?

Havaların kəskin soyuması bu xəstəlikləri aktivləşdrir - Kimlər risk altındadır?Temperaturun qəfildən kəskin enməsi bir sıra xroniki xəstəlikləri olan şəxslərə təsirsiz ötüşməyəcək

Medicina.az- hava temperaturunun bir neçə dərəcə aşağı düşməsinin hansı xəstələrə mənfi təsir etdiyini araşdırıb.

-Astma – bronxit xəstəliyi, boğulması olanlar

-Şəkərli diabet xəstələri

-Meteohəssas insanlar

-Yüksək təzyiqi olanlar

-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,

-Panik atak, nevroz və depressiyada olanlar

-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar

-Artroz, ostexondroz, artrit, revmatizması olanlar

-Rinit, sinusit, haymoriti olanlar

Yüksək rütubət, aşağı temperatur və soyuq iltihabi prosesləri aktivləşdirəcək. Oynaq xəstəliklərindən əziyyət çəkənlərdə, hətta diş dibində iltihabı olanlarda da bu özünü büruzə verir.

Nə hiss edə bilərsiniz?

Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.

-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.

-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.

-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.

Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.

Sürətli külək səbəbindən yollarda kiçik travmalar alan şəxslərin də xəstəxanalara düşmə ehtimalı olur.

Nə etməli?

-Valideynlər xəstə, zəif, arıq və ya xüsusi xəstəliyi olan uşaqları həmin gün qapalı şəraitdə, özləri də yanında olmaqla saxlamalı

-Yaşlı, təzyiqi olan insanlar evdə qalmalı, təzyiq tənzimləyici dərmanlarını vaxtında qəbul etməli, sakitləşdiricilər içməli, evdə fikirlərini maraqlı və xoş bir şeylə məşğul etməlidirlər

-Boğulması, astma bronxiti olanlar küləkli havada çölə çıxmamalı, dərmanları yanında olmalıdır

-Gözlərində iltihabı, kataraktası, zəifliyi olanlar, rinit, haymoriti olanlar da maksimum evdə və qapalı yerdə olmalı. Küçəyə çıxarlarsa, qayıdanda göz damcısı tökməli, burunlarını dəniz suyu ilə yumalıdırlar.

-Əsəbi, nevrozu, depressiyası olanlar isə mütləq sakitləşdiricilər qəbul etməli, evdə və ya işdə maksimum xoş təsir verən informasiya qəbul etməlidirlər

-Diabet xəstələrinin aşağı ətrafları soyuq havadan daha sürətlə soyuduğundan və damarları tutulduğundan onlarda əl-ayaq uyuşması, sancmalar, keyimələr və qan dövranı pozulmasından ürəkdə, başda ağrılar ola bilər. Onlar da qan durulaşdırıcı və kardio aspirin kimi tabletlərini qəbul etməlidirlər.

-Əgər havada qəfil təhlükəli vəziyyətdən özünüzü yaxşı hiss etməsəniz, valerian, korvalol damcısından 10 damcı bir az suya damcıladaraq qəbul edə bilərsiniz.

-Ürək damarlarında əməliyyat olanlar, stend taxılan insanlar narahatlıq hiss edən kimi həkimi ilə əlaqə saxlasın

Məsləhət görərdik ki, havanın, küləyin təsirindən maksimum qorunmaq, orqanizmdə baş verəcək dəyişiklikləri nəzarətdə saxlamaq və bir şey olduğu halda özünüzə kömək etmək üçün bu günlərdə vacib olmadığı halda evdən çıxmayın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 24 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel