Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır

Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanırİyirmi altı il davam edən ardıcıl, məqsədyönlü siyasi-diplomatik səylərdən sonra hərb meydanında 44 gün ərzində işğalçıların belini sındıran Azərbaycan əzəli torpaqlarını azad etdi. Prezident İlham Əliyev demişkən, artıq ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərimizin bərpası dövrü başlayır.

Təbii ki, birinci məsələ həmin ərazilərdə infrastrukturu qurmaqdır. Bir çox yerlərdə bunu sıfırdan başlamaq, bəzi hallarda isə mövcud olanı əsaslı təmir etmək lazım gələcək. Əslində qaz və enerji təminatının 100 faizə yaxınlaşdığı bir ölkə üçün yeni azad edilmiş ərazilərdə də buna yaxın səviyyəyə nail olmaq elə də çətinlik yaratmaz. Üstəlik bunu tezliklə həyata keçirmək həvəsi, səbirsizlik o qədər böyükdür ki, SOCAR rəhbərliyinin tapşırığı ilə "Azəriqaz" İB artıq azad olunmuş ərazilərin qazlaşdırılması işləri üçün ilkin texniki iqtisadi əsaslandırmanı hazırlamağa başlayıb.

Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanırQeyd edək ki, hələ müharibə günlərində də düşmən hər cür beynəlxalq, hərb və s. hüququnun təməl müddəalarını tapdalayaraq cəbhə bölgəsində də, ondan uzaqda da yerləşən şəhər və qəsəbələrimizi atəşə tutaraq infrastrukturuna, o cümlədən qaz şəbəkəsinə də ziyan yetirəndə "Azəriqaz"ın əməkdaşları hazır vəziyyətdə olublar. Yaradılan əməliyyat qərargahı həmin bölgələrdə meydana çıxan hər bir nasazlıqla bağlı müvafiq tədbirlər görüb. Həmçinin hərbçilərin tövsiyələrinə görə əhalinin təhlükəsizliyi naminə boru kəmərlərinə qaz buraxılışı azaldılırdı. Müharibə qurtarandan sonra isə "Azəriqaz"-ən Qarabağdakı bütün abunəçiləri davamlı şəkildə qazla təchiz olunur.

Bundan əlavə, qaz təchizatındakı hər hansı nöqsanlarla, yaxud abunə borcu ilə bağlı şəhid ailələrinin, qazilərin müraciətləri mümkün qədər qısa vaxt ərzində araşdırılaraq həll olunur.

Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanırAzad olunmuş ərazilərə dair planlara gəlincə, sözsüz ki, yalnız vəziyyəti ətraflı araşdırmaq üçün xeyli vaxt lazım olacaq. Lakin dediyimiz kimi, ilkin planlaşdırma işlərinə artıq başlandı və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri də müəyyənləşdirildi. Bunlar Böyük Bəhmənli – Füzuli – Hadrut – Şuşa, Azad Qaraqoyunlu – Ağdam, Horadiz – Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın, Goranboy – Kəlbəcər kəmərləri olacaq. Təbii ki, bu qaz kəmərləri bölgədəki yeni sosial iqtisadi hədəflərə görə nəzərdə tutulur. Belə ki, azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrinin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtdir.

Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsi müəyyən çətinlik yaradacağı şəksizdir. Lakin "Azəriqaz" son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını yoluna qoyur. Texniki və texnoloji imkanlarla yanaşı, maliyyə baxımdan da hər hansı əngəl gözlənilmir, çünki dövlət büdcəsi, SOCAR-ın imkanları Qarabağdakı hər abunəçini lazımi həcmdə qazla dayanıqlı təmin etmək üçün artıqlaması ilə bəs edir.

Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanırHesablamalara görə Qarabağ həyata qayıdandan sonra təbii qaza illik tələbat 200 milyon kubmetrədək olacaq. Bu həcmi vermək çətin olmayacaq: prezident İlham Əliyevin də daha əvvəl qeyd etdiyi kimi ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz ehtiyatları da 3 trilyon kubmetrdir. Bununla Azərbaycan hələ qarşıdakı 100 il ərzində karbohidrogenləri daxili bazarı 100 faiz təmin etməklə yanaşı davamlı ixrac da edə bilər.

Beləliklə, artıq planlar tərtib olundu, qalır işə başlamaq. Qarabağımızın viran qoyulmuş yurd-yuvalarını isindirmək, buralara həyatı qaytarmaq üçün bu gün-sabah əməli işlərə başlanacaqdır.

Qulu Nuriyev, ekspert


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1101   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021