Sağ qalan Milli Qəhrəmanlar kimlərdir? - SİYAHI
Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 218 nəfərə Milli Qəhrəman adı verilib.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, sonuncu dəfə bu fəxri adla dünən üç nəfər təltif olunub. Prezident İlham Əliyevin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra); Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra); Hüseynov İbad Mövsüm oğlu – (ehtiyatda olan baş çavuş) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Qeyd edək ki, Milli Qəhrəman adı almış hərbçilərimizdən 4-ü bu il – yaxın bir neçə ayda həlak olub. General-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı şəhid olublar.
Şükür Həmidov Vətən Müharibəsi zamanı - 23 oktyabr 2020-ci ildə doğma rayonu Qubadlı uğrunda döyüşlərdə şəhid olub.
Birinci Qarabağ müharibəsində Milli Qəhrəman adı almış Məhəmməd Həsənov isə bu il noyabrın 18-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yol qəzasına düşərək, aldığı ağır xəsarətlərdən vəfat edib.
Bəs qəhrəmanlardan neçəsi hazırda sağdır və onlar kimlərdir? Əksər hallarda ictimaiyyət nümayəndələri kimlərin sağ, kimlərin şəhid və həyatda olduğunu bilmir.
Modern.az saytı buna görə də hazırda sağ olan Milli Qəhrəmanların adlarını dəqiqləşdirib. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.
Sağ qalan Milli Qəhrəmanları siz də tanıyın – soldan sağa şəkil sırası ilə adlar:
1. Maşallah Abdullayev
2. Bəxtiyar Allahverdiyev
3. İntiqam Atakişiyev
4. Rövşən Əkbərov
5. Vahid Quliyev
6. Şahin Tağıyev
7. Fəxrəddin Cəbrayılov
8. Ehtiram Əliyev
9. Fariz Qəhrəmanov
10. Mədət Quliyev
11. Mirzə Quliyev
12. Zabit Quliyev
13. Fariz Mədətov
14. Mövsüm Məmmədov
15. Sahil Məmmədov
16. İbad Hüseynov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2064 Tarix: 10 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrBu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
19 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabr