Türkiyə mətbuatı Özilin Azərbaycanda mükafata layiq görülməsindən yazdı

Türkiyə mətbuatı Özilin Azərbaycanda mükafata layiq görülməsindən yazdıTürkiyə mətbuatı İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özilin Azərbaycanda İLİN DÖYÜŞKƏN LEGİONERİ seçilməsindən yazıb.

Sonxeber.az məlumatına görə, "Sporx" nəşri bu barədə geniş məqalə dərc edərək, 32 yaşlı yarımmüdafiəçinin İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən qalib olduğunu xatırladıb. "2020-ci ilin ən döyüşkən futbolçusu Mesut Özil" başlıqlı xəbər nəşrin sosial media hesablarından da paylaşılaraq, xeyli bəyənmə toplayıb.

Yazıda bildirilir ki, İAM-ın sədri Elşən Məmmədov məşhur futbolçu haqqında bu fikirləri işlədib: "Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verən Mesut Özil bir türk kimi qardaş ölkənin haqq savaşında yanında olub".

Eyni zamanda yazıda Özilin Vətən müharibəsi dönəmində tvitterdə paylaşım edərək bu sözlərlə Azərbaycana dəstək olduğu xatırladılıb: "Bütün dünya Dağlıq Qarabağ bölgəsinin hüquqi və beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi olduğunu və qanunsuz işğal edildiyinin fərqinə varmalıdır. 2008-ci ilin martında Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütovlüyünü qəbul edib və Erməni silahlı birləşmələrinin ərazidən çıxarılmalı olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, əksəriyyətin bölüşdüyü fikri dəstəkləyirəm, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmalar ciddi həyəcanvericidir, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir".

Təcrübəli oyunçu həmin paylaşımında həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini sitat gətirib.

Analoji məzmunlu xəbər "Sabah" qəzetində də yayımlanıb.

Qeyd edək ki, Mesut Özil səsverməyə qatılan 51 KİV nümayəndəsindən 20-nin səsini toplayaraq, birinci yeri tutub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1696   Tarix: 02 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel
.

Huşunu itirən futbolçuya görə "Udineze" - "Roma" matçı dayandırıldı

"Roma"nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib. Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar. Bi

14 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel