Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdıFutbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib.

O, müsahibəsində xüsusən İspaniyadakı karyerasından söz açıb, "Atletiko"(Madrid) və "Barselona"da çıxış etdiyi vaxtları xatırlayıb.

37 yaşlı A.Turan "Atletiko"nun baş məşqçisi Dieqo Simeone haqqında yüksək fikirdə olduğunu bildirib:

"Dieqo Simeone işgüzar, futbolçularına qarşı çox tələbkar, lakin çəkəcəyin zəhmətin qarşılığını sənə qaytarmağı bacara bilən lider şəxsiyyətdir. O, mənə oyunu bütövlükdə görməyi aşıladı və uğurun yalnız mübarizə və əziyyətlə əldə oluna biləcəyini öyrətdi".

Arda Turan "Atletiko"(Madrid) ilə necə müqavilə imzalamasından söz açıb.
"Müqaviləni çox gizli, maşında, sanki bir polis filmində olduğu kimi imzaladım. Unudulmaz illərim oldu. "Atletiko"da göstərdiyimiz oyunla yeni bir futbol mədəniyyəti yaratdıq. Tarixin ən güclü komandaları olan "Real Madrid" və "Barselona"ya qarşı çempionluq mübarizəsi verdik", - deyə Arda Turan xatırlayıb.

A.Turan müsahibəsində "Barselona"da eyni formanı geyindiyi Lionel Messi ilə münasibətlərindən də söz açıb.

"Deyəcək o qədər söz var ki... Messi sanki yadplanetli idi. Mənim onunla bağlı xüsusi xatirələrim var. Super Kubokun finalında iki qol vurdum və bir məhsuldar ötürmə etdim. "Sevilya" ilə kubokun finalında məni matçın adamı elan edəndə Messiyə baxdım, o, sadəcə başını tərpətdikdə, mükafatı almağa getdim. Sonra güldük və Messi mənə - "sən buna layiqsən", - söylədi", - deyə keçmiş futbolçu xatirələrini bölüşüb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1289   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Basketbol Liqasında IV tur başlayır

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall

23 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13 oktyabr
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12 oktyabr
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr