ÜST-dən vaksin açıqlaması - Bəzi ölkələr kənarda qala bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri COVID-19 virusu əleyhinə vaksin istehsalçılarını öz məhsullarını, ilk növbədə COVAX layihəsi - peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünə yönəlmiş beynəlxalq əməkdaşlıq proqramı - vasitəsilə yaymağa çağırıb.
ÜST-nin Baş direktoru doktor Tedros Qebreyesus bu fikri brifinqdə səsləndirib. O bildirib ki, ÜST əvvəlcə vəd edilmiş 2 milyard doza vaksini COVAX proqramı vasitəsilə ala bilmir. Çünki varlı ölkələr istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayır və vaksinləri topdansatış qaydasında alırlar.
Doktor Qebreyesusun sözlərinə görə, hazırda dünyada təhlükəsiz və səmərəli preparatlardan istifadə etməklə peyvəndləmə kampaniyalarına cəmi 42 ölkə başlayıb. Bu ölkələrin 36-sında gəlirlər yüksək səviyyədə, 6 ölkədə orta səviyyədədir.
O deyib: "Göründüyü kimi, orta gəlirli ölkələrin çoxunda hələ vaksin yoxdur, gəlir səviyyəsi aşağı olan ölkələrin əksəriyyətində isə vaksinlə bağlı ciddi problem yaranır. Biz COVAX və "ACT-Accelerator" proqramları vasitəsilə bu problemi həll edə bilərik və etməliyik.
Lakin varlı dövlətlər vaksinlərin çox hissəsini alıblar, bir sıra ölkələr isə, - hətta COVAX proqramına qoşulmuş dövlətlər də, - öz əhalisini vaksinlərlə təmin etmək üçün istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayırlar. Nəticədə vaksinlərin qiyməti bütün alıcılar üçün artır, bu isə o deməkdir ki, ən yoxsul ölkələrin ən imkansız sakinləri yaxın gələcəkdə vaksin ala bilməyəcəklər".
Doktor Tedrosun sözlərinə görə, pandemiyaya qarşı mübarizə üçün qəbul edilmiş qaydaların pozulması bəzi adamlar üçün adət halı alır, sonra isə başqaları da ondan nümunə götürür və sonda cəmiyyətin infeksiyadan qorunması sistemi pozulur. ÜST rəhbəri daha sonra deyib: "Hər kəs bunu anlamalıdır ki, o da virusu dayandıra bilər. ÜST, ilk növbədə, sizinlə eyni mənzildə yaşamayan insanlarla, xüsusən qapalı məkanlarda görüşməməyi tövsiyə edir". (AZƏRTAC)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 657 Tarix: 09 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrMeyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
19 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrBakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə
20 dekabrSabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə
21 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabr