Uşaq yemək yemirsə, günah özünüzdədir - VALİDEYNLƏRƏ PSİXOLOQ TÖVSİYƏSİ

Uşaq yemək yemirsə, günah özünüzdədir - VALİDEYNLƏRƏ PSİXOLOQ TÖVSİYƏSİGənc Psixoloqlar Birliyinin baş katibi, psixoloq Rövşən Hümbətovun uşaq tərbiyəsində valideynlərin buraxdığı səhvlər haqda məqaləsini təqdim edir.

Valideynlərin davranışlarında buraxdıqları ən böyük səhvlərdən biri uşağın həddindən artıq nəzarət altında yetişdirilməsidir. Bu uşaqlar asılı şəxsiyyət tipi olaraq bütün həyatları boyunca başqa insanların köməyinə ehtiyac duyur, tək başına heç bir uğur qazanmayacaqlarını düşünürlər. Dəfələrlə belə bir halla rastlaşmış olarsınız ki, uşaqlar pilləkənləri özləri tək qalxanda, divana və ya stula çıxdıqdan sonra bunu tək başına edə bildiklərinə görə necə özgüvənlə ətrafa baxıb, özlərindən əminliklərini nümayiş etdirirlər. Bu vəziyyət uşağın özünə əminliyini və inamını formalaşdırıb, onda həyata qarşı mübarizə əzmi formalaşdırır. Bəs biz bu vəziyyətdə nə edir, necə davranırıq, yəni uşağın tək başına bizim üçün kiçik, onun üçün böyük sayılan uğurlar qazanmasına düzgün münasibət göstərə bilirikmi? Bir çoxumuz bu halda uşağı qucağına götürüb onu birbaşa çıxmaq istədiyi yerə qaldırıb qoyuruq. Bu, bizim cəmiyyətə xas olan təməl davranışlardan biridir. Ana və ata uşağa yardım etmək adı ilə və ya yazığı gələrək bu cür köməklik göstərir. Ancaq Qərb ölkələrində və inkişaf etmiş cəmiyyətlərdə valideyn uşağın bu hərəkətini alqışlayır və onun yuxarı çıxmasına kömək etməyərək, qıraqdan müşahidə edir, nəticədə uşaqda özgüvənin formalaşmasına şərait yaradır. Bizlər isə hələ körpəlik çağından hər bir addımında uşağa kömək edirik: uşaq böyüyür, məktəbə gedir, dərslərinə, universitetə qəbul prosesində ixtisas seçiminə, sonra universitet təhsilinə, ali təhsilini başa vurub iş tapmasına və ev almasına kömək edirik. Nəticədə uşağın həyatda öz addımı və müstəqil fəaliyyəti olmur.
"Ağlama, yoxsa səni döyəcəm" tipindəki hədələyici cümlələrlə uşağın qorxudulması və ya qışqıraraq ona müraciət edilməsi nəticəsində uşaq özünə qapanmağa, ailədən uzaqlaşmağa başlayır. Səbəbləri soruşmadan və doğru davranış yollarını izah etmədən uşağı vurmaq və təhqir etmək, eyni zamanda, uşağın yaxşı hərəkətlərinin valideynlər və ətrafdakılar tərəfindən alqışlanmaması ona psixoloji travmalar vuraraq, ətrafdan təcrid olunmasına, daxildən təlatümlər içində yaşamasına səbəb olur.
Uşaqlara yemək vərdişlərini aşılamaq və onları düzgün qidalandırmaq gələcəkdə sağlam nəsillərin yetişməsində həyati önəm daşıyır. Artıq bir yaşından etibarən uşaqlar yemək süfrəsi ətrafında ailə ilə birgə oturmalı, eyni zamanda uşaqların yemək sürətinin zəif olduğu, böyüklərlə eyni vaxtda yemədikləri diqqətə alınmalıdır. Valideyn uşaqdan boşqabdakı yeməyin hamısını bitirməsini istəməməli, əlavə yemək yedirtməyə çalışmamalıdır. Bundan başqa, yemək yeməyən uşaqların arxasınca çəngəl-qaşıqla gəzmək olmaz, uşağa yemək ailə ilə birlikdə süfrəyə oturduqda verilməlidir. Çox zaman analar, nənələr bu səhvi edərək, uşağın dalınca qaçaraq, ona yemək yedirtməyə çalışır və bu da uşaqlar tərəfindən bir manipulyasiya aləti kimi istifadə olunaraq, təkrar-təkrar yeməkdən imtina etmək kimi davranışlarla əks olunur. Uşağı qorxudaraq ona yemək yedirtmək, "bax, yeməsən səni cinlər gəlib aparacaq, yeməsən, böyüməyəcəksən, balaca qalacaqsan, səni gəlib bizdən alacaqlar" tipli cümlələr uşağın təhtəlşüurunda yer edərək, ona güvənsizlik hissləri verir. Valideynlərin bu cür davranması nəticəsində uşaqda ünsiyyət əskikliyi yaranır. Elə ona görədir ki, uşaq doğulandan sonra baba və nənə nəvəyə daha çox bağlanaraq, gəncliklərində öz uşaqlarına qarşı göstərmədikləri sevgini, ünsiyyəti ona verir, bəzən də "nəvəmi uşağımdan daha çox istəyirəm" tipli cümlələr qururlar.

Azərbaycan ailəsinin strukturuna nəzər saldıqda ailə daxilindəki ünsiyyət və qohumluq əlaqələri çox qarışıq və iç-içə keçmiş xarakter daşıyır. Bu kimi ailələrdə ünsiyyət və qarşılıqlı hörmət aşağı səviyyədə olduğu üçün, nə ana, nə ata, nə də digərləri öz yerini bilməyərək hər işə qarışır, uşağın həyatına nəzarət etməyi özlərinin ən vacib məsələsi bilirlər.
Uşağın şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biri də intizamdır. İntizam ilk baxışdan qaydalara qatı şəkildə əməl etmək kimi başa düşülsə də, əslində, uşağın həyata öyrəşməsinin, nəyi necə və hansı formada etməli olduğunun özü tərəfindən müəyyənləşdirilməsi kimi qəbul olunmalıdır. Sağlam intizam qurulduqda uşaq qanunlara və qaydalara əməl etməli olduğunu anlayır, qoyulan qaydaların bir məntiqi açıqlaması olduğu ona izah edilir. Eyni zamanda nizam-intizam vəziyyətə uyğun olaraq dəyişilə bilməlidir və burda cəzalandırmadan daha çox mükafatlandırma əsas olmalıdır. Çünki araşdırmalar göstərmişdir ki, cəzalandırma effektli üsul olmadığı halda, mükafatlandırma ilə uşaq intizamı daha yaxşı və dərindən qavrayır, etdiyi səhvlərin nəticəsini dərk edir. Valideyn tərəfindən səhər döyülən uşaq axşam evə qayıdan valideynin üzündə bir gülümsəmə gördüyündə hər şeyi unutmuş olub, nə qədər çox sevildiyini düşünəcək. Belə ailədə yetişmiş uşaq həyatda daim bir sevgi və məna axtarışında olacaqdır.
Evdə yeni körpənin dünyaya gəlişi gözlənilirsə, böyük uşaqda artıq qısqanclıq hissləri yaranmağa, özünə olan sevginin bölünəcəyini düşünərək, gələcək qardaş və bacısına qarşı nifrət hissləri duymağa başlayır. Bu halda yeni qardaş və ya bacısının olacağı ona uyğun bir dillə izah edilməli, hərəsinin ayrı yerinin olduğu bildirməli, uşağın oyuncaqları və paltarları ondan icazə almadan yeni körpəyə verilməməlidir.
Uşağın müstəqilliyi və sağlamlığı üçün onu idman oyunlarına yazdırmalı, həyətdə, məhlədə, məktəbdə sinif uşaqları və dostları ilə oyunlar oynamasına şərait yaradılmalıdır. Adətən ailələr uşağın çəkisi azalmasın deyə onların idmana getməsinə izn vermir, daim həddindən artıq yemək yedirtməyə çalışırlar. Uşağa kobud sözlər və pis ifadələr öyrədilməməli, vurmaq, qırmaq və s. bu kimi aqressiya yaradacaq fəaliyyətlərdən uzaq durmasına çalışılmalıdır.
Uşaq ağladıqda onu döyüb, zorakılıq tətbiq edib, içinə qapanmasına səbəb olmaq və ya ağladığı zaman dözməyərək istədiyi nədirsə, onu verib ərköyünləşdirmək ailə tərbiyəsində buraxılan yanlışlardandır. Şərq ölkələrində adətən uşaq atadan bir şey istəyib, icazəsini ala bilmədikdə anasının köməkliyi ilə ataya yaxınlaşır, ana vasitəçilik edərək atanı yumşaldıb, uşağın istədiyini etməsi üçün danışıqlara başlayır. Nəticədə müəyyən bir ssenari üzrə tamaşa qurulur və bu modeldə ana vasitəçi, aranı düzəldən, ataya qarşı övladını qoruyub, onun daha çox sevgisini qazanan biri kimi çıxış etmiş olur.
Azərbaycan ailələrinin çoxunun düşüncəsinə görə, uşaq həmişə üşüyən, xəstə olma ehtimalı yüksək, hər zaman ac və zəif immunitetli varlıqdır. Azərbaycanda ən yaxşı ana uşağını qalın geyindirən anadır. Parkda, həyətdə uşaq o qədər qalın geyindirilir ki, rahat hərəkət etməsi mümkün olmur və yoldaşları ilə rahat oynaya bilmir. Digər vacib bir məsələ isə valideynlərin daima uşağın iştahsızlığından şikayət etməsidir. Uşağının qarnını tox edib, əynini qalın geyindirən valideyn ən vacib missiyanı yerinə yetirmiş və layiqli valideyn statusunu qazanmış sayılır.(aile.lent.az)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1500   Tarix: 27 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa

7 dekabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr
.

Səhər yeməyini ötürsək nə baş verər?

Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol bir naharla asanlıqla kompensasiya oluna biləcəyini düşünür. Lakin insan orqanizmi öz qədim və sərt qanunları ilə işləyir və səhər yeməyinin buraxılması bədən üçün ciddi xəbərdarlıq siqnalıdır. -a istinadən xəbər verir ki, uzun müddə

18 dekabr
.

Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var

Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi ö

8 dekabr
.

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün

7 dekabr
.

Çox dil bilənlərin beyni daha gec yaşlanır

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə

3 dekabr
.

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri

7 dekabr
.

Öskürəyin təbii üsullarla müalicəsi

Demək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarı

15 dekabr