İnsanın ölüm tarixi təsadüfi olmur- Professordan ölüm və ruhun İZAHI

İnsanın ölüm tarixi təsadüfi olmur- Professordan ölüm və ruhun İZAHIÖlümsüz, əbədi həyat axtarışında olan yazıçılar, alimlər, filosoflar dəhşətli bir axtarışda idilər. Onlar səhv yoldadırlar. Əbədi həyat – insan üçün əzabdır, məşəqqətdir. İnsan həyatı əbədi olsa Yer həyatının bitmək bilməyən imtahanları, dərsləri, tənbehləri də bitməz. Ölüm – insana mükafatdır, fasilədir, azadlıqdır. O, yalnız o halda normal deyil ki, qəfil baş verir, qəza ilə olur və insanı inkişafının zirvəsində, güclü, enerjili vaxtında yaxalayır.

Medicina.az Moskvanın məşhur psixoterapevti, tibb elmləri doktoru, yeni art terapiya metodlarının müəllifi Andrey Qnezdilovun həyatın bir hissəsi olan ölüm fraqmentləri barədə maraqlı fikirlərini təqdim edir.

Ahıl insanlar isə ölümü çox zaman istəyir, gözləyir.

-Qədimdə slavyan kəndlisi artıq işləyə bilmədiyini, daxmasından çıxa bilmədiyini, doğmalarına yük olduğunu görəndə, hamam gedib yuyunar, təmiz ağ köynəyini geyinər, qohum qonşu ilə halallaşıb, vidalaşıb uzanıb sakitcə ölümünü gözləyər, səsləyər və ölərdi də. Onların ölümü indikilər kimi əzablı, əziyyətli deyildi. Çünki o insan ölümü ilə barışırdı. Onlar ölməyə özlərinə icazə verirdilər, könüllü. Çünki mübarizə əbəs idi.

İndi də belə faktlarla qarşılaşıram.

Bizə bir onkoloji xəstə gəlmişdi, hərbçi idi. Zarafatla deyirdi ki, mən 3 müharibə keçmişəm, ölümlə oynamışam, indi onun mənimlə oynamaq növbəsi gəldi.

Bir səhər o yataqdan qalxa bilmədi. Dedi vəssalam, mənə dəyməyin, mənim gücüm qalmadı, ölürəm.

Biz ürək-dirək verirdik ki, bu metastazdır, onurğa və sümüyə verib, bununla belə xəstələr bir neçə il yaşaya bilir. O dedi yox, yox. Mən bilirəm, bu ölümdür. Sonum gəldi.

3 gün ərzində o ölürdü. Halbuki biz həkimlər onda ölmək üçün heç bir fizioloji səbəb görmürdük. Yəni yaşamalıydı. Amma o öldü. Çünki bu iradi seçil idi, qərar idi və necəsə bu sifariş yerinə yetirilirdi.

-Ölüm hələ insan döllənən zaman proqramlaşdırılır. İlk dəfə ölüm dadını insan ana bətnindən çıxanda, doğulanda bir növ hiss edir. Çünki doğum körpənin aylarla öyrəşdiyi bir həyat mənbəyindən ayrılıb, sanki ölməsi idi. Dərindən araşdıranda görürsən ki, asan doğulan insanın ölümü asan , ağır doğulan insanın ölümü ağır olur.

- Ölüm günü, tarixi təsadüfi deyil. Ad günü kimi.
Hələ heç bir müdrik ölüm anında nə baş verdiyini anlamayıb və izahını verə bilməyib.

Mən 10 il Onkoloji institutda psixoterapevt kimi işləyirdim. Bir dəfə gənc xəstə qadın üzərinə çağırıldım. Əməliyyat zamanı onun ürəyi dayanmışdı, uzun müddət işə sala bilmirdilər, o oyananda isə məni çağırdılar ki, psixikasını yoxlayım. Reanimasiyada mən soruşdum. Siz mənimlə danışa bilərsiz?

- Əlbəttə, sizdən üzr istəmək istəyirəm, nə qədər əziyyət etdim.

- "Nə əziyyət"

-Necə yəni. Mənim ürəyim dayandı, mən elə bir stress keçirdim ki. Həkimlər də əl-ayağa düşdü, qorxdular.

-Axı siz narkozdaydız, bunu necə bildiz?

-Doktor, mən sizə çox şey danışaram, amma söz verin ki, məni ruhi xəstə hesab etməyəcəksiz.

Mənim vədimdən sonra o danışdı ki, narkoz yuxusuna gedəndə, hiss edib ki, dabanlarından yumşaq bir zərbə onu daxildə vint kimi fırladıb. Onun ruhu, hissləri çölə çıxır və dumanlı bir sahəyə düşür. Ətrafa baxanda o, həkimlərin onun bədəninə əyilib işlədiyini görür. Birdən səs gəlir, əməliyyatı kəsin, ürək dayandı.

Qadın düşünür ki, ölür və bu vaxt anası, qızı ilə son kəs görüşmədiyi üçün dəhşətli stres keçirir. Bu vaxt onu kürəyindən nəsə itələyir və o, öz mənzilinə düşür. Otaqda qızı, anası, nənəsi var idi. Qapı döyülür, qonşuları gəlir. Bu vaxt uşaq toxunaraq fincanı yerə salıb qırır. Qızı ağlayarkən, nənəsi deyir ki, qab sınmağı xeyirə əlamətdir. Qadın yaxınlaşıb qızının başını sığallayır, ağlama deyir. Qız bir an anasının üzünə baxır, amma sanki onu görməyərək çevrilib gedir. Qadın anlayır ki, otaqdakılar onu görmür. Tez özünü iri güzgünün önünə atır və orda da özünü görmür. Birdə xatırlayır ki, axı o indi xəstəxanada, əməliyyatda olmalıdır. O, tez özünü qapıya atır və əməliyyatxanaya düşür. Bu an anestezioloqun "ürək işə düşdü, əməliyyata davam edə bilərsiz" sözünü eşidir.

Mən diqqətlə qulaq asıb dedim. "İstəyirsizmi, mən indi sizin ünvana gedib, ana, nənənizə hər şeyin yaxşı olduğunu deyim, həm də onları görüşə dəvət edim?

Qadın razılaşdı. Mən ünvana getdim, qapını nənə açdı. Evdə qız, ana, nənə var idi. Mən xəstə, əməliyyat barədə danışıb, sual verdim. Bu gün saat 11-12 arası qonşu Lidiya sizə gəlmişdi?

Qadın dedi hə. Dedim o gələndə uşaq qaçanda masadan fincanı salıb sındırıb?

Ana-nənə gözlərini döyürdü: həkim siz sehrbazsız? Mən detalları danışdıqca qadınlar şoka düşürdü.

Onlara dedim ki, bunları qızınız narkoz yuxusunda görüb. Kliniki ölüm və ya ürəyi dayanmışdı deyə qorxutmadım.

Bununla da o qadının düz danışdığını sübut etdim.

-Biz həkimlər ölüm faktını o halda təsdiq edirik ki, tənəfüs, ürək, beyin dayanır, informasiyanı qəbul etmir. Beyin antendir. Bəs kliniki ölüm zamanı beyin informasiyanı hardan alır? Deməli, bizim bilmədiyimiz, beyindən də güclü nəsə var.Bəlkə də bu həmin ruhdur, bəlkə də psixikadır.

-İnsan necə bir ölüm istəyir?

Biz bunu yaşlı, sağlam, xəstə- çox adamlardan soruşmuşuq. Məlum olub ki, müəyyən xarakterə malik insanlar öz xarakterlərinə uyğun ölüm modeli proqramlaşdırıblar.

Şizoid xarakterlilər – elə ölmək istəyiblər ki, onların cəsədini heç kim görməsin.

Epileptoid xarakterlilər – sakit uzanmaq yox, bu prosesdə aktivlik göstərmək, məsələn hərəkətlər, qaçmaq və ya danışmaq təsəvvür edirlər.

Çikloidlər – doğmaların əhatəsində, öz evində ölmək istəyir

Təşviş-panik insanlar – öləndə necə görünəcəklərindən narahatdılar.

İstereodlər – gün batanda, təbiətdə və ya dəniz kənarında ölüm arzulayır.

Bir monax isə təbii ki, belə demişdi, mənə fərqi yoxdur mən harda öləcəm, necə olacam. Mənə vacibdir ki, o an dua edib, Allaha təşəkkür edə bilim.

-Ölülərlə şərt kəsirdim.

Təcrübəmdə dəfələrlə ağır xəstələrlə danışıb razılaşırdım ki, öləndən sonra onlar mənə ölümdən sonra həyatın olub-olmaması barədə siqnal, işarət verəcəklər. Mən belə işarətləri bir neçə dəfə almışam.

Bir dəfə xəstə qadınla belə razılaşmışdıq. O, öldü, lakin mən bu barədə unutdum.

Bir gün mən bağ evimdə olanda gördüm ki, otaqda kimsə işığı yandırdı. Elə bildim, kimsə var, ya da özüm unutmuşam. Otağa keçəndə həmin qadının əyləşdiyini gördüm. Mən sevindim, onunla danışdım, hal-əhval tutdum, təxmini 2 dəqiqədən sonra anladım ki, axı deyəsən o ölmüşdü. Bu zaman qorxumdan dilim tutuldu. Üzümü çevirdim, gözlərimi yumdum, 5 dəqiqədən sonra açıb geri boylandım. O yenə orda idi. Qorxumdan dinmədim. Qadın zorla gülümsəyərək dedi. Görürsən ki, bu yuxu deyil.

-Ölümü nə rahatladır?

Yaşanılan həyatın keyfiyyəti. Ölümdən əvvəl doğmalarla ünsiyyət, halallaşmaq, vidalaşmaq çox rahatladıcıdır. Uşaqlar çox zaman öz valideynləri və baba-nənələrinin həyat və ölüm süjetlərini təkrarlayırlar. Xəstə, ölüm anında olan uşağa valideyn xeyir-duası çox lazımdır. Halbuki çoxu qorxudan, övladını itirmək istəməmək hisslərinə görə bunu etmir.

Çox zaman yaşlı insanlar həyatdan köçərkən düşünür: eybi yox, mən ölüm, amma övladlarım salamatdır, sağlamdır. Mən bütün ailəmin əvəzinə ödəyərəm. Beləliklə, şüuraltı olaraq, insan könüllü və düşünərək həyatdan getməyi planlaşdırır və bu həqiqətən də olur.

-İnsan son nəfəsini verəndə, ona güc və təkan lazımdır ki, naməlum həyata ürəklə addımlasın. İnsan özü bu addıma icazə verməlidir. Və bu icazəni doğmalarından almalıdır. Daha sonra xəstəxanada ölürsə, tibb işçiləri, həkimlərdən. Ya da keşişdən, kahindən.

Bütün bu amillər onu gücləndirəcək. Ölən insandan yapışıb saxlamağa cəhd, ağlamaq. getmə deyə yalvarmaq onu digər həyata gücsüz aparır. Ölən insan son anında dili söz tutmasa, artıq gözləri görməsə belə, ətrafından yalnız bir şey istəyir: Mənimlə olun. Məni yola salın.

Necə ki, İsa həvarilərinə həmin gecə demişdi: yatmayın, mənimlə olun. Amma onlar söz versələr də, hərəsi bir yerə dağılışdı. Bu, İsa Məsih üçün böyük zərbə oldu.

Çox xəstə, ölümə doğru gedən bir insanı son anında mənən, ruhəm zənginləşdirmək, təmtəraqla yola salmaq, uğurlamaq, sevgi, güc vermək vacibdir və bunu unutmayın. Ən əsası ölməyə özünüzə icazə verin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6632   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr