Sirrini qorumaq üçün ailəsinin bütün üzvlərini öldürdü - VİDEO

Sirrini qorumaq üçün ailəsinin bütün üzvlərini öldürdü - VİDEO23 yaşlı gənc sirrini qorumaq üçün ailəsinin bütün üzvlərini qətlə yetirib.

"The Mirror"un məlumatına görə, dəhşətli hadisə Kanadada baş verib.

Bildirilir ki, Banqladeş əsilli Menhaz Zaman mühəndisliyi oxuduğu barədə valideynlərinə yalan danışıb. O, kollecə daxil olduqdan az sonra dərslərdən geri qaldığı üçün təhsil müəssisəsindən çıxarılıb, ancaq bunu evdə deyə bilməyib.

Bundan sonra o, dərs adı ilə oyun zalına yollanırmış.

Valideynləri isə hər yerdə fəxrlə övladlarının mühəndisliyi barədə danışır, digər qohumları da onu öz uşaqlarına nümunə göstərirmişlər.

Bir neçə il müddətində Zaman hər gün noutbukla evdən çıxıb və gecəyarısı qayıdıb. Kollecdə diplom təqdim etmə mərasiminə bir gün qalmış isə o, uzun illər yalan dediyini gizlətmək üçün bir-bir bütün ailə üzvlərini qətlə yetirib.

Belə ki, gündüz vaxtı o, evdə dincələn anasını, bir saat sonra isə nənəsini öldürüb. Onun cinayəti gecə işdən qayıdan bacısını, sonra da atasını öldürməklə davam edib.

Hadisədən sonra gənc baş verənlər barədə sosial şəbəkədə xəbər verib. Əvvəlcə dostları buna inanmasa da, gənc meyitlərlə birlikdə və əlində qanlı bıçaqla şəklini paylaşıb. Bundan sonra onun onlayn oyunlardan olan tanışları polisə məlumat veriblər.

Hüquq mühafizəçiləri onu elə cəsədlərin yanında tapıb.

Gənc ilk 40 il əfv hüququ olmadan ömürlük həbsə məhkum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4591   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər ediləcək. xəbər verir ki bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılacaq. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqlar

7 may
.

"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTAT

Xəbər verdiyimiz mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü Almatı şəhərində keçiriləcək:. "Bu gü

7 may
.

Azərbayanda bu şəxslərə mənzil kirayəsi ilə əlaqədar pul veriləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliy

7 may
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

7 may
.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

"Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib" – İDDİA

"TTQ QRUP" MMC-nin direktoru, "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyevin bir neçə şəxsə qarşı dələduzluq etməsi iddia olunur. "Qafqazinfo"ya müraciət edən Qasım Kazımov və digər üç şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib. Onları

7 may