Təhsil Nazirliyinin növbəti brifinqində məktəblərlə bağlı hansı YUMŞALMALAR GÖZLƏNİLİR?
Xəbər verdiyimiz kimi, bu həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.
Artıq brifinqin vaxtı məlumdur. Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb. Ekspertin sözlərinə görə, təhsil sahəsinin gələcək fəaliyyəti ilə bağlı Təhsil naziri Emin Əmirullayevin iştirakı ilə brifinq 22 yanvarda keçiriləcək.
Maraqlıdır, keçiriləcək brifinqdə məktəblərlə bağlı hansı qərarlar öz əksini tapacaq, hansı siniflərə güzşətlər tətbiq olunacaq?
"Bildiyimiz kimi, ölkədə mart ayının 3-dən etibarən tədris prosesi dayandırılıb və ənənəvi təhsil, distant təhsilə keçib. Bu, əlbəttə ki, təhsilin əlçatanlığına və eyni zamanda bir sıra fənlərin tədrisində çətinliklər yaratdı. Buna baxmayaraq, Təhsil Nazirliyi vaxtında çevik qərar qəbul edərək "Virtual məktəb" layihəsi ilə teledərslərlə yaranmış problemləri nisbətən aradan qaldırmağa çalışdı. Şagirdlər onlayn dərslərə qoşuldu. Etiraf edək ki, bu 4447 orta ümümtəhsil məktəbində təhsil alan bütün şagirdləri əhatə etmədi. Şagirdlərə riyaziyyat, fizika, kimya kimi fənlərin çatdırılmasında problemlər yaşanıb. Ona görə təhsilin əlçatanlığını təmin etmək üçün 2020-ci ilin sentyabr ayının 15-dən Nazirlər Kabinetinin pandemiya dövründə təhsilin təşkilinə dair müvəqqəti qaydalarına görə tədris prosenin nisbətən və mərhələli şəkildə bərpa edildi. Bunun ardınca ölkədə yoluxma sayında olan artım tədris prosesinin yenidən onlayn qaydaya keçməsinə gətirib çəxardı.
Yeni mərhələ başlayır. Bildiyiniz kimi, vaksinasiya prosesi başlayır və dünyanın bir sıra ölkələri tədrisin bərpa edilməsi ilə bağlı qərarlar qəbul edir. Bu həftə Təhsil Nazirliyi tədris prosesinin gələn ayılarda təşkili ilə bağlı qaydalar təşkil edəcək. Burada çox ciddi bir neçə nöqsan var. Tədris prosesi beynəlxalq təşkilatların rəylərinə əsasən bərpa edilməlidir. Bu qədər müddətdə məktəblərin bağlı qalması ciddi problemlərə gətirib çıxara bilər. Həqiqətən UNİCEF, BMT-nin hesabatlarında qeyd olunur ki, pandemiya 2 milyard insanın təhsilinə təsir edib. Dünya üzrə 600 milyondan çox şəxs tədris prosesindən kənarda qalıb.
Azərbaycanda məktəblərin açılması gözləniləndir. Xüsusilə, bu, ibtidai siniflərdə, 1, 2- ci siniflərdə təhsil alan şagirdlər üçün, eyni zamanda ali təhsil müəsissələrində təhsil alan 1 və 4-cü kürslar üçün mümkün olacaq. Mən hesab edirəm ki, yaranmış boşluqların aradan qaldırılması üçün qismən tədris prosesinin bərpası mümkündür. Bu tam şəkildə bizim 4447 ümumtəhsil məktəblərimizdə təhsil alan 1, 6 milyon şagirdin, eyni zamanda 52 ali təhsil müəsissəsində təhsil lan tələbələrimizin, orta ixtisas məktəblərində təhsil alan 50 minə yaxın tələbəmizin məktəbə getməsi demək deyil. Proses mərhələli və pilləli şəkildə həyata keçiriləcək.
İlk növbədə ibrtidai siniflərin dərsləri, xüsusən 1-cilərin dərsləri bərpa edilməlidir. Çünki, onlar onlayn dərs prosesi ilə oxumağı, yazmağı öyrənə bilmirlər".
Şəlalə Babayeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO