Canımızı xəstə edən market qidaları - AQRESSİV YEMƏK bizi hara aparır?

Canımızı xəstə edən market qidaları - AQRESSİV YEMƏK bizi hara aparır?Orta əsrlərə aid olan "Çjud-şi" traktatında yazlıb:: "Bir-biri ilə uzlaşmayan qida növlərini qəbul etmək zəhər yeməyə bərabərdir. Balıq süd ilə, süd meyvə ilə, yumurta balıq ilə uyğun deyildir; noxud şorbası və toyuq əti qatıqla, bal isə bitki yağı ilə uzlaşmır. Turş qidanın üstündən süd içmək, əvvəlki qida həzm olunmamış yenisini qəbul etmək olmaz. Ekzotik (yad) və yerli-yerində qəbul edilməyən qida da zəhərdir".

Akademik A.M. Uqolev növ qidalanması, həzm və mikroflora, həmçinin, bağırsaq hormonal sistemi haqqında nəzəriyyəni inkişaf etdirmişdir; bu tədqiqatlara əsasən, insanın həzm sistemi müəyyən qida məhsullarının həzmi üçün uyğunlaşdırılmışdır; bu qidalar yad olduqda və ya dəyişdirildikdə orqanizm onları həzm edib mənimsəyə bilmir. Nəticədə müasir insanın ən böyük bəlalarından olan disbakterioz və onun fəsadı olan xroniki xəstəliklər inkişaf edir.

Son illər epigenetika elmi sürətlə inkişaf edir; bu elm ətraf mühit amillərinin insan genlərinə (DNT-yə toxunmadan) pozitiv və ya neqativ təsirini öyrənir.

Epigenetikaya əsasən, bu amillər genoma dəymədən insan irsiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bunlara bir çox faktorlar, məsələn, ekoloji, psixogen, elektromaqnit sahə və s. aiddir. Lakin insanın sağlamlığına təsir edən ən mühüm xarici faktor – qida faktorudur. Epigenetika baxımından, düzgün qidalanma zəif genləri gücləndirə, yanlış qidalanma isə güclü genləri zəiflədə bilər.

İllər öncə qidalanmada əsas problem təbii komponentlərin qəbulunda buraxılan yanlışlıqlarla, yəni onların artıqlığı və ya qıtlığı, balanslaşdırılmaması və yerli-yerində qəbul edilməməsi ilə bağlı idi (bunun nəticəsində yarananan qıcqırma və çürümə məhsulları orqanizmdə intoksikasiyaya səbəb olur). Son onilliklər isə bəşəriyyət daha qlobal və ciddi problemlə - aqressiv qida ilə üzləşib.

Faydalı yox, dadlı və ucuz olsun

Bu sadə prinsipin inkar edilməsi, insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlıq yox, yalnız maliyyə güdən nəhəng bir industriyanın - kommersiya qidasının, yaxud aqressiv qidanın inkişafına güclü təkan vermişdir.

Təkanverici amillərdən biri də yer üzündə əhali sayının artması ilə əlaqəli təbii qida məhsullarının çatışmazlığıdır; bütün bu faktorlar işbazları yeni qida mənbələrinin axtarışına təhrik etmişdir.

Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar əksər insanların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Nəzərə alsaq ki, hətta təbii məhsulların heç də hamısı faydalı deyil, bu süni qidanın hansı fəsad törədəciyini ehtimal etmək çətin deyil. Sənaye qidası yalnız bir məqsədə qulluq edir - şəkər, duz, yağ və kimyəvi qatqılar vasitəsilə iştahanın artırılmasına və müvafiq olaraq, belə qidalardan davamlı istifadə edilməsinə.

Bu növ qiidalar hansı təhlükənin daşıyıcılarıdır?

İlk olaraq, onlar çoxpilləli emal sobasından keçdiyindən canlı enerjidən məhrumdur.

Həmçinin, bu qida növləri ucuz, keyfiyyətsiz və hətta yararsız xammaldan hazırlandığından onların tərkibinə insan təbiətinə yad və bir çox hallarda toksiki təsir göstərən maddələr əlavə olunur.

Hazırda əsas toksin mənbələrindən biri də - "tullantı"qida və içkilərin qablaşdırıldığı plastik taradır: onların tərkibindəki ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə neqativ təsir göstərərək şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklərə səbəb ola bilər. Bisfenol strukturuna görə qadın cinsi hormonunun sintetik analoqudur; plastik qablar, butulkalar, o cümlədən körpələri qidalandırmaq üçün istifadə edilən butulkaların tərkibində mövcuddur.

Daima qida və suya sızan sintetik estrogenin təsirindən yarana biləcək problemlər:

- Süd vəzi və prostat vəzi xərçəngi
- Erkən cinsi yetişkənlik;
- Sonsuzluq
- Piylənmə;
- Düşük sayının artması;
- Diabet;
- Hiperaktivlik
- immun pozulmalar və s.

Aqressiv qidalar sırasına çox geniş istifadə edilən və dırnaqarası qida məhsulu sayılan transyağlar da aiddir.

Sintetik yolla alınmış bu yağlar gündəlik istifadə edilən ərzaqların əksəriyyətinin tərkibinə daxildir: marqarinlər, rafinəolunmuş bitki yağları və onların əsasında hazırlanmış bütün ərzaqlar (un məmulatları-tort, pirojna, pitsa, vafli, kreker, suxarik və s; ketçup, mayonez, çipslər, popkorn, bütün fast-food yeməklər..).

Transyağlar yuxarı və aşağı sıxlıqlı lipoproteinlərin mütənasibliyini dəyişərək, ürək-damar xəstəlikləri riskini xeyli yüksəldir; membran fosfolipidlərinin tərkibinə keçərək transmembran zülalların (reseptorların) fəaliyyətini, onların hormonlarla əlaqəsini pozaraq, siqnalların
ötürülməsini və qidalı maddələrin hüceyrə daxilinə nəqlini əngəlləyir.

Fosfolipidlər immun hüceyrələr üçün xammal olduğundan iltihabi proseslərin biokimyəvi gedişi pozulur və xroniki iltihab inkişaf edir; mədəaltı vəzin insulinə qarşı həssaslığı azalır, piylənmə və onkoloji xəstəliklər riski yüksəlir.
Bütün ərzaq məhsullarına siraət etmiş toksin xassəli kimyəvi qida əlavələrinə rəngvericilər, konservantlar, qatılaşdırıcılar, dad və qoxu gücləndiricilər, şirinləşdiricilər və s. aiddir.

Bu maddələrin bəziləri hətta asılılıq yaradaraq, leqal narkotik adlandırılmışlar; məhz bu maddələrdir uşaqları su-çay yerinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönər-şaurmaya, təbii şirni-meyvədənsə qablaşmış keks-konfet-tort-suxariklərə meyilləndirən.

Belə qidalanan və kifayət qədər lazımlı nutriyent almayan uşaq orqanizmi öz resursları hesabına böyüsə də, təəssüf ki, sağlam olmur.

Vüsət almış uşaq aqressiyası və hiperaktivliyi, allergiyalar birmənalı olaraq qida faktoru ilə əlaqəlidir.

Müasir insan çox yeyir, lakin doymur - bunun da səbəbi lazımi inqrediyentlərlə təmin olunmayan orqanizmin dəyərli komponentləri nədə gəldi axtarmasındadır (məsələn, məlumdur ki, bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur; nəticədə piylənmə, metabolik sindrom və s. patologiyalar inkişaf edir).

E-621 -Cəhənnəmə gedən yol!

Çoxsaylı qida əlavələrindən biri- dad və qoxu gücləndirici olan natrium qlutamatdır (E-621). Qlütamin turşusu orqanizmdə sintez olunaraq sinir sisteminin fəaliyyətində iştirak edir. Təbii qlütamin turşusu dəniz kələmi, çuğundur, pendir, göbələk, pomidorun tərkibində mövcuddur.

Keçən əsrin əvvəllərində isə Yaponiyada qlutamatın sintezinə nail olunmuşdur və tezliklə bu qida əlavəsi inkişaf etmiş ölkələrdə yayılmışdır. Onun belə sürətlə yayılmasının səbəbi nədir? İstənilən qida maddəsinin dadını yaxşılaşdıran, gücləndirən bu kristallik toz "psevdoqida" istehsalçılarının bir nömrəli köməkçisinə çevrilmişdir.

- qlutamat dil üzərindəki dad reseptorlarını atrofiyaya uğradaraq, təbii dadın qəbulunu, onun beyinə ötürülməsini blokada edir və qlutamatsız qida artıq dadsız, duzsuz, ətirsiz gəlir; nəticədə hər yeməyin dadının bir az da gücləndirilməsinə zərurət yaranır (evdə hazırlanan yeməkdən imtinanın və qablaşmış ərzaqlara meyilliyin əsas səbəbi, xüsusən də uşaqlarda). Əksər ərzaq məhsullarının tərkibində olduğundan qlütamatın çox miqdarda orqanizmə daxil olması sinir sistemini qıcıqlandıraraq hiperaktivlik yaradır, hormonal balansı pozur, perspektivdə isə piylənmə, allergik reaksiya, DNT-də, torlu qişada pozulmalara səbəb olur.

- keyfiyyətsiz (xəstə və ya tələf olmuş heyvandan alınmış, dəfələrlə donu açılmış ət məhsulları, çürümüş meyvə-tərəvəz, qurd-göbələyə yoluxmuş dənli bitkilər və s ) məhsuldan dadı, görünüşü normal olan ərzaq əldə etmək üçün istifadə edilir.

Nümunə üçün hamının çox sevdiyi ketçupların (mayonezin, kolbasanın, ərinmiş pendirin) hazırlanmasını izləsək, görərik ki, ketçup adı altında kimyəvi boya ilə rənglənmiş, nişasta ilə qatılaşdırılmış, transyağlarla zənginləşdirilmiş, qlütamatın köməyilə dada gəlmiş çox dadlı kimyəvi məhsul alınır.

Marketlərdə satılan və gündəlik istifadə olunan məhsullar sırasında, demək olar ki, əlavəsiz ərzaq yoxdur və qida kimyası (yaxud kimyəvi qida) onların hamısına aiddir. Bu ərzaqların hamısının təbii alternativləri var, sadəcə, bu sahədə maariflənmək və bir az əziyyətə qatlaşmaq lazımdır. Və sabah özümüz və uşaqlarımız tox olsa da, sağlam olacaqmı? sualına cavab özümüzdən asılıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2461   Tarix: 25 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel