Mahmudov Vəli Əsgərovu intim VİDEO ilə şantaj edib - SENSASİON İDDİA

Mahmudov Vəli Əsgərovu intim VİDEO ilə şantaj edib - SENSASİON İDDİALəğv edilmiş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri, bugünlərdə 14 il azadlıqdan məhrum edilmiş Vəli Ələsgərovun sabiq nazir Eldar Mahmudovla münasibətləri barədə sensasion məlumat yayılıb.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, bu barədə virtualaz.org saytı sensasion sayıla biləcək iddialar irəli sürüb. V.Əsgərov Bakıdan aldığı göstərişlə Vasif Talıbovu dinləyib, onun barəsində kompromatlar toplayıb. Bu haqda rəsmən açıqlanmasa da Vəli Ələsgərova qarşı irəli sürülən ittihamların xarakteri onun məhz keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdan aldığı əmrlə qanunsuz gizli dinləməyə görə həbs edildiyini təsdiqləyir.

Saytın xəbərinə görə, Vəli Ələsgərovu Naxçıvan rəhbərliyinə qarşı kompromatlar toplamağa məcbur etmək üçün onu intim görüntüləri ilə qorxudublar: "Vəli Ələsgərov qadın düşgünü kimi tanınıb və Naxçıvan MTN-in rəhbəri olarkən həm tabeçiliyindəki qadın əməkdaşlarla, həm digər qadınlarla xidməti kabinetində müntəzəm olaraq əxlaqsızlıq edirmiş" – sayt yazır.

Vəli Ələsgərovun Naxçıvan rəhbərliyinə qarşı kompromatlar toplamağa MTN-in Antiterror Mərkəzinin hazırda həbsdə olan keçmiş rəisi, general Elçin Quliyevin əliylə məcbur ediblər. Bu haqda Naxçıvanda məlumatlı mənbələri olan azpolitika.info saytı yazır.

Məlumata görə, V.Ələsgərov E.Quliyevlə yaxın dostluq münasibətlərində olub. Elə müəyyən qədər də bu "dostluğun" güdazına gedib. İstintaqla müəyyən olunub ki, MTN-dəki qruplaşmanın gizli çəkilişlər aparmaq, sonradan həmin çəkilişlərdən istifadə etməklə şantaj və "verbovka" üzrə əsas fiqur olan Elçin Quliyev "əqrəb xarakterinə"sadiq qalaraq, dostunu – Vəli Ələsgərovu da eyni yolla şantaj edib.

Belə ki, Elçin Quliyev qadın düşkünü olan V.Ələsgərovun seks videosunu çəkdirib, yeyib-içmək məclislərindən birində həmin görüntülər barədə ona eyham vurub. Bildirilir ki, E.Quliyev videokadrlardakı müəyyən epizodlarla bağlı Vəli Ələsgərovla guya zarafatlaşıb. V.Ələsgərov intim görüntülərinin E.Quliyevin əlində olduğunu başa düşərək narahat olub. Ona başa salınıb ki, narahatlığa əsas yoxdur, "videonu Vasif müəllimə göndərməyəcəklər", amma əvəzində onların müəyyən istəklərini yerinə yetirməli olacaq…

Bir MTN generalının digərini "verbovkası" əməliyyatı uğurla başa çatıb və 2012-ci ildən sonra V.Ələsgərov V.Talıbovun əleyhinə fəaliyyətə cəlb olunub. Niyə məhz 2012? Məlumata görə, Mahmudovçular lazımi avadanlıqları Naxçıvana yerləşdirmək şansını 2012-ci ildə əldə ediblər. Məlumdur ki, 2012-ci il Bakıda keçirilən Avroviziya mahnı yarışması ərəfəsində MTN təhlükəsizlik tədbirləri çərçivəsində xaricdən yeni dinləmə qurğuları alaraq rabitə sistemində yerləşdirmişdi.

Həmin ildə sözügedən qurğular Naxçıvan MTN-nin istifadəsinə də verilib və MR-in rabitə sisteminə quraşdırılıb. Məhz bu qurğuların içində sırf V.Talıbovun dinlənilməsi üçün nəzərdə tutulan qurğular da Naxçıvana ötürülüb. Çünkü V.Talıbov qorunan, şifrəli rabitə xəttlərindən istifadə etdiyindən onu dinləmək üçün daha yüksək texnoloji imkanlar yaradan qurğular lazım idi. Onların Naxçıvana çatdırılması təmin edilib.

Lakin əməliyyatın bundan sonrakı hissəsi daha böyük həssaslıq və ehtiyatlılıq tələb edirdi. Ən xırda ehtiyatsızlıq məlumat sızması ilə nəticələnə bilərdi. Bunu nəzərə alaraq, MR rəhbərliyinin dinlənilməsinə imkan verən qurğuların ən etibarlı yerdə – Eldar Mahmudovun Naxçıvan şəhərindəki villasında yerləşdirilməsi qərara alınır. Bu villa Naxçıvan MTN-in nəzarəti altında olsa da, sahibindən və V.Ələsgərovdan icazəsiz heç kim ora daxil ola bilməzdi.

Beləliklə, təxminən 3 il müddətində V.Talıbov və ətrafı Eldar Mahmudovun villasından dinlənilib, toplanılan materiallar V.Ələsgərov tərəfindən Bakıya ötürülüb. Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra V.Ələsgərov şəxsən həmin qurğuları ordan götürür və Araz çayına atır. Villadakı bütün izlər isə məhv edilir. Sayt yazır ki, istintaqda Vəli Ələsgərov Naxçıvan rəhbərinə qarşı hansı kompromatlar yığdığını heç cür açıqlamayıb, qurğular isə Araz çayına atıldığından dəlilləri əldə etmək mümkün olmayıb.

Naxçıvandakı oxuculardan daxil olan məlumatlara görə, Vəli Ələsgərovun işçisi olmuş Qumru Tarverdiyeva ilə münasibətləri haqda bilməyən yox idi. Bu qadın Naxçıvan MTN-də əvvəlcə V.Ələsgərovun katibəsi kimi işə başlayıb, sonra vəzifə pillələrində sürətlə irəliləyib. Digər mənbə isə bildirir ki, V.Ələsgərovun intim görüntüləri Bakıda 3 qadınla əylənərkən çəkilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4254   Tarix: 03 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021