"COVID-19 vaksin randevu" saytından istifadə qaydası - VİDEO
Fevralın 8-dən etibarən Azərbaycanda "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb.
Sonxeber.az xəbər verir ki, həmin şəxslərin növbəli qaydada peyvənd olunması üçün "COVID-19 vaksin randevu" adlı elektron xidmət istifadəyə verilib.
Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olub "COVID-19 vaksin randevu" xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla" düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.
Onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı videotəlimatla buradan tanış ola bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 10 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabrElektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrYumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabrBakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə
20 dekabr