Ehtiyatda olan polkovnik: "Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar"

Ehtiyatda olan polkovnik: "Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar""Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya 133 dövlət qoşulub. Həmin dövlətlər üzərlərinə piyadalara qarşı minadan istifadə etməyəcəkləri, belə mina hazırlamayacaqları, istehsal etməyəcəkləri, başqa cür əldə etməyəcəkləri, toplamayacaqları, saxlamayacaqları, birbaşa və yanakı surətdə heç kəsə verməyəcəkləri barədə öhdəliklər götürüblər".

Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O hesab edir ki, bu gün dünyada ikili standartlar var: "Bəzi dövlətlər, o cümlədən ABŞ bu Konvensiyadan çıxıb. Harada müharibə gedirsə, münaqişə varsa bütün tip minalardan istifadə olunur. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri minalayıb. Mənfur düşmənlərimiz tərəfindən I Qarabağ müharibəsi zamanında da ərazilərimiz minalanmışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib".

Ehtiyatda olan polkovnik qeyd edib ki, ermənilərin indiyə kimi törətdikləri vəhşiliklər hamıya məlumdur: "Ona görə də onlardan minalanmış ərazilərin xəritələrini əldə etmək mümkünsüz bir şeydir. Onlar belə bir addımı ata biləcək millət və dövlət deyil. Digər tərəfdən də onu deyə bilərəm ki, hələlik Ermənistan bizimlə sülh müqaviləsi bağlamayıb. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Yenə də Ermənistanla müharibə şəraitindəyik. Belə olduğu halda isə onların xəritələri verməsi məsələsi sual altındadır".

"Bir hərbçi kimi deyə bilərəm ki, onlar xəritələri versələr belə biz onlara inanmamalıyıq. Biz bilmirik ki, onları hansı mütəxəssislər hazırlayıb və həmin xəritələr nə qədər reallığı əks etdirir. Çünki mina sahələrinin xəritələrinin hazırlanması xüsusi peşəkarlıq tələb edir. Digər tərəfdən də düşünürəm ki, onlarda kimin haralara mina basdırması ilə bağlı məlumat yoxdur. Son dövrlərdə hansısa sahələrə minaların basdırılması ilə bağlı məlumatlar ola bilər. Ancaq onu da qeyd edim ki, bizdə heç kim ermənilərin xəritəsinə inanmaz. Çünki bu məsələ ilk növbədə əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyi ilə bağlıdır", - Ş.Ramaldanov qeyd edib.

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri aparılır: "Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib. Digər tərəfdən də mütəxəssislər hazırlanır. Hesab edirəm ki, əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyini ancaq özümüz təmin edə bilərik".
Ehtiyatda olan polkovnik: "Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1931   Tarix: 20 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021