Hikmət Hacıyev: "Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı"

Hikmət Hacıyev: "Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünya müsəlmanlarını təmsil edən, 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun təşkil etdiyi ‘’Special Edition Talks’’ proqramında qonaq olub.

Bu barədə "Sabah" xəbər yayıb.

Bildirilir ki, 28 illik erməni işğalından sonra Dağlıq Qarabağ zəfərindən danışan Hikmət Hacıyev 44 günlük müharibədə Türkiyənin dəstəyinin Azərbaycan üçün böyük önəm daşıdığını vurğulayıb.

"Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş ölkə Azərbaycana kömək əli uzatdığını gördük. Ermənistanın etdikləri qarşısında da Türkiyə dəstəkləyici mövqeyini və ədalət tərəfdarı münasibətini göstərib. Türkiyə xalqının 44 gün ərzində Azərbaycan xalqının yanında olduğunu gördük və bu, bizi çox sevindirdi. Həm xalqın yanımızda olması, həm də diplomatik dəstək Azərbaycanı şübhəsiz ruhlandırdı. Bu, müharibədə bizim üçün güc mənbəyi oldu", - deyə o, bildirib.

Xocalı faciəsi ilə bağlı danışan Hikmət Hacıyev dünyanın bir çox qurum və təşkilatlarının bunu bəşəri cinayət adlandırdığını, Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarqsyanın insanlığa qarşı bu cinayətdə məsul olduqlarını vurğulayıb:

"Zamanla bu cür hərbi doktrinaların Ermənistan tərəfindən təkrarlandığını gördük. Xatırladım ki, 44 günlük müharibənin ideyası və mahiyyəti də belə idi. Azərbaycanın mülki vətəndaşlarına atılan ağır raketlər və bombalar nəticəsində yüzlərlə insan öldü".

Prezidentin köməkçisinin sözlərinə görə, əslində Xocalı faciəsindən bəri zehni olaraq çox şey dəyişməyib, hələ də siyasi və hərbi motivlərdə həmin hadisənin mahiyyətinin əks olunduğu müşahidə edilir. O, insanlığa qarşı bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyindən də danışıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Türkiyə ilə Azərbaycanın siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji müttəfiqliyə də toxunub, tarixi İpək Yolu üçün layihələrin böyük əhəmiyyət daşıdığını söyləyib.

Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatırdığını bildirən H.Hacıyev "Türkiyə iqtisadiyyatına tam etibar edirik", - deyə vurğulayıb./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 619   Tarix: 25 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel