Vətəndaşlarımız Qarabağa nə zaman köçürüləcək? - AÇIQLAMA

Vətəndaşlarımız Qarabağa nə zaman köçürüləcək? - AÇIQLAMASentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələnib. Bu gün hər kəsi maraqlandıran sual məcburi köçkünlərimizin öz doğma dədə-baba yurdlarına nə zaman köçürüləcəyi ilə bağlıdır. Vətəndaşlarımızın köçürülməsi nə zamandan reallaşa bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı:

"Əlbəttə ki, 44 günlük müharibə 30 illik həsrətə son qoymaqla yanaşı, Azərbaycan xalqının qürurunu da özünə qaytardı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin düzgün qurduğu strategiya əsasında döyüş meydanında Azərbaycanın igid və qəhrəman oğulları, zabitləri Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etməyə nail oldular. Eyni zamanda cənab Prezidentimizin şəxsən rəhbərlik etdiyi diplomatik və informasiya müharibəsində də Azərbaycan parlaq qələbə qazandı. Əldə edilən qələbə nəticəsində Ermənistanın həm də kapitulyasiyası elan edildi. Eyni zamanda noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu gün yeni mərhələ başlayıb. Hazırda cənab Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş rayon və şəhərlərin yenidən qurulma və bərpası işləri aparılır. Bu bərpa işləri mərhələli şəkildə icra ediləcək. Cənab Prezidentimiz də bir neçə dəfə qeyd edib ki, ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir, yəni minalardan təmizlənmə, Ermənistanın dağılmış ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması həyata keçirilməlidir. Daha sonra isə qiymətləndirmə - 30 il ərzində işğaldan azad olunmuş ərazilərə vurulan ziyanın hesablanması - mərhələsidir. Bu hesablamalar başa çatdıqdan sonra beynəlxalq hüquq müstəvisində Ermənistandan təzminat tələbi irəli sürüləcək. Bundan sonrakı mərhələ bərpa etmə işləri və idarəetmə mexanizminin qurulmasıdır".

Deputat vurğulayıb ki, cənab Prezidentin sərəncamına əsasən, bununla bağlı xüsusi qərargah da yaradılıb:

"Qərargaha Prezident Administrasiyasının başçısı rəhbərlik edir. Bu baxımdan yenidənqurma və bərpa işləri mərhələli şəkildə icra ediləcək. Artıq infrastruktur layihələrinin işlənilməsinə başlanılıb. Cənab Prezident Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilən ərazilərə səfərləri çərçivəsində artıq bir neçə infrastruktur layihələrinə start verilərək təməli qoyuldu. Burada dəmir yolu xəttinin, Şuşaya nəqliyyat yolunun çəkilməsi, Füzulidə hava limanının tikintisi, işıqlandırma və digər ən vacib infrastruktur layihələrinin icrası planlaşdırılır. Cənab Prezidentin vurğuladığı kimi, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri də həyata keçiriləcək. Artıq Zəngilan rayonunun Ağalı kəndi "ağıllı kənd" kimi təqdim olunub".

Deputat qeyd edib ki, işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri Azərbaycanın qüdrətini göstərməklə yanaşı, "ağıllı şəhər", "ağıllı kənd" layihələri ilə cənab Prezidentin rəhbərliyi sayəsində ölkəmizin müasir ölkəyə çevrilməsindən xəbər verir.

Eyni zamanda burada vacib olan məqamlardan biri də 30 il ərzində öz dədə-baba yurdundan didərgin düşən vətəndaşlarımızın həmin ərazilərə qaytarılmasıdır. Əlbəttə, vətəndaşlarımızın köçürülməsi üçün onların rahat yaşayışını təmin edəcək bütün infrastruktur, insanların məşğulluğu və xidmətlər bərpa edilməlidir. "Ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin çərçivəsində bütün xidmət sektorunun həmin ərazilərdə olması nəzərdə tutulur. Bu baxımdan da bizim vətəndaşlarımızın öz doğma dədə-baba yurdlarına köçürülməsi mərhələli şəkildə icra ediləcək. Biz bilirik ki, ermənilər torpaqlarımızı işğalda saxladıqları müddətdə orada daşı daş üstə qoymamışdı. Hətta elə ərazilər var idi ki, bayraq sancmağa yer yox idi. Əlbəttə, bütün infrastruktur qurulduqdan sonra vətəndaşlarımızın həmin ərazilərə mərhələli şəkildə köçürülməsinə başlanılacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2734   Tarix: 25 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel