Azərbaycanlı milyonçu Aleksandr Dilbazi dövlət başçımıza MÜRACİƏT ETDİ

Azərbaycanlı milyonçu Aleksandr Dilbazi dövlət başçımıza MÜRACİƏT ETDİAzərbaycanın ilk milyonçularından, eyni zamanda bu ölkənin ilk iş adamlarından biri olan Dilbazi Aleksandr Raşidoviç müxtəlif ölkələrdə yaşayan Azərbaycan əsilli 150 sahibkarın adından Azərbaycan Prezidenti İlham Əliyevə rəsmi müraciət ünvanlayıb. Xarici ölkələrdə aktiv sahibkarlıq fəaliyyəti göstərən bu şəxslər Azərbaycanın azad olunan Qarabağ torpaqlarında texnoloji klasterin inkişafı və azad iqtisadi zonanın yaradılması üçün "MIZAN" ortaq fondu vasitəsilə 1 milyard ABŞ dolları həcmində investisiya yatırım etmək arzusundadırlar.

Qeyd edək ki, Azərbaycanda doğulan Dilbazi Aleksandr Raşidoviç 1991-1995-ci illərdə özəl bank, sığorta, inşaat, ticarət və logistika şirkətlərini əhatə edən "MIZAN" şirkətinə başçılıq edib.

Azərbaycanın ən gənc və ən uğurlu sahibkarlarından biri olan A. Dilbazi savad və çalışqanlığı sayəsində qısa müddətdə böyük uğurlar əldə edib, müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb, Azərbaycanda bir sıra qanun layihələrinin müəllifi olub.

2001-ci ildə Dilbazinin başçılıq etdiyi "PROMTEK GROUP" şirkəti Rusiyanın enerji resurslarının təchizatı ilə məşğul olan 100 ən böyük şirkətlərin sırasına daxil olub.

Xeyriyyəçi, rəssam, bir sıra rəsm sərgilərinin və incəsənət, iqtisadiyyat, beynəlxalq əlaqələr sahəsində məqalələrin müəllifi olan Raşidoviç hazırda Moskvada yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Fəal ictimai xadim kimi tanınan Dilbazi, həmçinin, müxtəlif forumlarda iştirak edir. O, Yaxın Şərq, Türkiyə, İran kimi ölkələrdə aktiv biznes əlaqələrinə malikdir.

Sonxeber.az onun Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin tam mətnini oxuculara təqdim edir:
Azərbaycanlı milyonçu Aleksandr Dilbazi dövlət başçımıza MÜRACİƏT ETDİ"24 fevral 2021-ci il

Hörmətli Azərbaycan Prezidenti, cənab İlham Heydər oğlu Əliyev, Azərbaycan Milli Məclisinin hörmətli deputatları, hörmətli Azərbaycan vətəndaşları!

Mən, Azərbaycanın Qazax şəhərində doğulan Aleksandr Dilbazi, Azərbaycanın azad olunan Qarabağ torpaqlarında texnoloji klasterin inkişafı və azad iqtisadi zonanın yaradılması üçün "MIZAN" ortaq fondu vasitəsilə 1 milyard ABŞ dolları həcmində investisiya yatırım etmək istəyən, dünyanın müxtəlif ölkələrində yaşayıb aktiv sahibkarlıq fəaliyyəti göstərən 150 sahibkarın adından sizə müraciət edirəm.
Biz, dünyanın müxtəlif ölkələrində bizneslə məşğul olan keçmiş Azərbaycan vətəndaşları, işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi xəbərini qürur və sevinclə qarşıladıq. Başqa ölkələrin vətəndaşları olaraq, hərbi münaqişələrdə iştirak etmək hüququmuz yoxdur, bu səbəbdən də biz baş verən hadisələri yalnız kənardan müşahidə etmək məcburiyyətində qaldıq. Lakin sülhün bərqərar olunmasından, Azərbaycan Prezidentinin və Azərbaycan xalqının qətiyyətli qələbəsindən sonra artıq tarixi Vətənimizdə baş verən hadisələrdən kənarda qala bilmərik.

Cənab Prezident, Azərbaycan ərazilərini azad edərkən etdiyinizə bənzər işi görməyi Azərbaycan tarixində yalnız bir nəfər bacarıb. Bu, 1993-cü ildə dövlətin faktiki olaraq dağılmasına az qalmış Azərbaycan xalqını birləşdirməyi bacaran atanız Heydər Əliyev olub. Müsahibəniz zamanı azərbaycanlıların ümummilli lideri olan atanızın vəsiyyətini yerinə yetirdiyinizi bildirmisiniz.

Bu gün dünyada sahib olduğunuz nüfuz bizə Azərbaycana milyardlarla dollarlıq investisiya cəlb etməyə əsas verir, lakin ilk addımı nümunə olaraq Azərbaycandan olan mühacirlər etməlidirlər.

Sizin razılığınız olsa, Milli Məclisin açıq iclasında layihəmi deputatlara və Azərbaycan vətəndaşlarına təqdim etməyə hazıram. Ölkə Prezidentinin, deputatların və Azərbaycan vətəndaşlarının təsdiqini aldıqdan sonra bu fondun həmtəsisçiləri olmaq istəyən 150 azərbaycanlı sahibkarın siyahısını təqdim edəcəyəm. Bu fond xeyriyyə fondu deyil, kommersiya fondu olacaq. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı sahibkarların əldə etdikləri bu investisiyalar zəhmətlə, alın təriylə qazanılıb və yatırılan hər dollar həm Azərbaycan dövləti və vətəndaşları, həm də investorlar üçün faydalı olmalıdır.

Ümid edirəm, təklifimiz Sizi, cənab Prezident, Milli Məclisi və Azərbaycan vətəndaşlarını maraqlandıracaq.

Hörmətlə,
Aleksandr Dilbazi"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2747   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021