Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİBakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, martın 3-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7388   Tarix: 02 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel