İnformatika fənni üzrə bakalavrların yarıdan çoxu zəif nəticə göstərib - RƏSMİ

İnformatika fənni üzrə bakalavrların yarıdan çoxu zəif nəticə göstərib - RƏSMİDövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi ilə bağlı statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları təqdim edib.

DİM-dən verilən məlumata görə, 2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19 885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4 147 nəfər (26,35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1,28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1,16%) bu səviyyədə olub.

Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47,57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48,96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17, 81 və daha yuxarı bal toplayanların sayı 257, 71 və daha yuxarı bal toplayanların sayı 1 334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanıla bilən maksimum bal 100-ə bərabərdir.

İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26,96-ya bərabər olub). İmtahanda 4 nəfər maksimal (50) bal toplayıb.

İnformatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7,64-ə bərabər olub), cəmi bir nəfər bütün suallara düzgün cavab verib.

Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11,70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12,69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 (median 7,86-ya bərabər olub) və 9 baldan (median 8,50-yə bərabər olub) aşağı nəticə göstərib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 716   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub. -ın Qafqazinfo-ya istinadın məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib. Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötə

13 dekabr
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

15 dekabr
.

21 ailə Cəbrayıla qayıdır - Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanı

15 dekabr
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

14 dekabr
.

Gəncədə qadın itkin düşdü

Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda

13 dekabr
.

TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy

14 dekabr
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

14 dekabr
.

Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib

Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind

12 dekabr
.

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"

"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanı

13 dekabr