Ceyhun Bayramov Zoltan Hernyeşi qəbul edib - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə AŞ arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Bu xüsusda Azərbaycan ilə təşkilat arasında dialoqun davam etdiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Avropa Şurasının 2018-2021 illərdə Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm alət kimi dəyərləndirilib.
Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədəki cari vəziyyət, post müharibə sonrası bölgədə həyata keçirilən tədbirlər, əməkdaşlıq imkanları barədə məlumatlandırıb.
Zoltan Hetnyeş Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu və qətiyyətini ifadə edib. Z.Hernyeş, təmsil etdiyi təşkilatın hazırkı mərhələdə müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini qeyd edib.
Tərəflər arasında, həmçinin əməkdaşlıq üzrə yeni 2022-2025 illər üzrə fəaliyyət planının işlənib hazırlanması, yeni layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfər mübadilələrinin reallaşması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 817 Tarix: 05 mart 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan XİN Avropa Parlamentinə cavab verib
Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib
26 aprelQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca
24 aprelİlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"
"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund
23 aprelQırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin
24 aprelPrezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"
"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd
23 aprel