Peyvənd olunan şəxslərə XƏBƏRDARLIQ

Peyvənd olunan şəxslərə XƏBƏRDARLIQ"Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq".

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz feysbuk hesabında yazıb.

Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini yazıb:

"Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur".

"Ən yaxşısı yoluxmamaqdır" deyən həkim bildirib ki, bunun üçün fiziki məsafə saxlamaq mütləqdir:

"Açıq havada ən azı 1 metr, qapalı məkanlarda isə 1,5 metr. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda... Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək".

Aydın Əliyev onu da bildirib ki, peyvənd edilənlər arxayın olmasınlar:

"Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbə-gün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2251   Tarix: 26 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - HAVA PROQNOZU

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və axşam bəzi yerlərd

5 may
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

6 may
.

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: mayın 5-6-da...

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığında

4 may
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

6 may
.

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb. xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb. Bu barədə -in "qaynar xətti"nə şikayət və görüntülər daxil olub. Qeyd edilib ki, sahibsiz itlər AAF park yaşayış kompleksində yaşayan sakinlər

6 may
.

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığ

6 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

Qızılca daha bir gəncin ölümünə səbəb oldu – Azərbaycan dünyada birincidir

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib. Report-a istinadən xəbər verir ki, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağı

6 may