Erməni ordusu heç bir qeyd aparmadan əraziləri minalayıb - ANAMA

Erməni ordusu heç bir qeyd aparmadan əraziləri minalayıb - ANAMABeynəlxalq Mina xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Hər bir ölkədə mina və müharibə qalıqları inkişaf və tərəqqiyə ciddi maneə törədir, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükə yaradır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad olundu. Bu ərazidə geniş quruculuq işlərini həyata keçirmək üçün ilk növbədə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır.

Milli.Az xəbər verir ki, sözügedən işin icrasında aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə 1998-ci ildə yaradılmış Agentliyin əsasında yeni statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Agentlik fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Agentlik öz işində beynəlxalq İMAS standartlarına əsaslanır və işin sonunda təmizlənən bütün ərazilərə beynəlxalq səviyyəli sertifikat təqdim edir. ANAMA tərəfindən minatəmizləmə əməliyyatları: əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlərin vasitəsi ilə həyata keçirilir.

İşğaldan azad edilən ərazilərin 30 ilə yaxın düşmən nəzarətində olması bu ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir. Bu torpaqları tərk edərkən, Ermənistan silahlı qüvvələri heç bir qeyd aparmadan və ayırd etmədən əraziləri minalamışdır. Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinın bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1102   Tarix: 04 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021