Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir - FOTO/VİDEO

Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir - FOTO/VİDEOBakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Bu yolda ölkəmizdə ən uzun asma körpü və yeraltı tunel çəkiləcək. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olacaq.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdimançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay üzərindəki körpülər isə 4 zolağa uyğun layihələndirilib. Bundan başqa, yolboyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb, yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə, layihələndirilən yolun 4,5-ci kilometrliyində Ağsu çayı üzərində 1135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpü layihələndirilib. Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır.

"Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində Ağsu çayı üzərində yerləşən asma körpünün inşasını həyata keçiririk. Körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76,5 metr, asma qüllələrin hündürlüyü isə 142 metrdir. Eyni zamanda, yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər almaqdır", - deyə o qeyd edib.

Yolun Ağsu çayınadək olan hissəsində trassa 1,1 km, sonrakı hissədə isə 1,4 kilometr qısalır. Qeyd edilən körpünün tikintisi və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu yol region üzrə insanların rahat gediş-gəlişini təmin etməklə yanaşı, turizm və kənd təsərrüfatının da inkişafına böyük töhfə verəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4296   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr