Kütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər

Kütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblərAprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Səfərin məqsədi Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər sərvətlərə baxış keçirmək olub.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarında keçirdiyi növbəti ağacəkmə aksiyası zamanı ərazidə 750-ə yaxın ağac əkilib.

Sonxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub:

"Amma qəlbimiz həmişə bu torpaqlarla döyünüb. Bir həftə əvvəl Zəngilana səfər etmişdik. Bu dəfə Cəbrayıl və Qubadlıya səfər etdik. Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekolpji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız".

Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük trut plantasiyaları olub:

"Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Burada Şərq çinarı, palıd, tut ağacı əkildi".

F. Əliyev ermənilərin törətdikləri vandalıqla bağlı beynəlxalq qurumlara müraciət edib. Bildirib ki, erməni vandalları işğal etdikləri ərazilərdə ekosit törədib: "Onlar bilirdilər ki, bu torpaqlar onların deyil və onlara qalmayacaq. Ona görə də burada təbiətə, ekologiyaya qarşı bu vəhşilikləri törədiblər. Bu hərəkət onu deməyə əsas verir ki, ermənilər hələ də mağara təfəkküründə qalıb, Azərbaycanın ekologiyasına qarşı da vəhşiliklər törətməkdə çəkinməyib. Beynəlxalq təşkilatlar bu cür vandallıqları qiymətləndirməlidir".

Səfər çərçivəsində əvvəlcə, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirilib.

Ağacəkmə kampaniyasından sonra mediatur yekunlaşıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblərKütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 799   Tarix: 14 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr