Magistratura olmaq istəyənlər üçün NÖVBƏTİ ŞANS: Qeydiyyat başlanır

Magistratura olmaq istəyənlər üçün NÖVBƏTİ ŞANS: Qeydiyyat başlanırDövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2021-ci il aprelin 30-dan mayın 8-dək internet vasitəsi ilə aparılır.

2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2021-ci il mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tənzimlənir (həmin cədvəl "Magistr" jurnalının növbəti sayında dərc ediləcək).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 989   Tarix: 29 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən bo

16 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16 dekabr
.

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr