Azərbaycanda gənc oğlan ona dərs demiş müəlliməsini zorladı – ŞOK TƏFƏRRÜAT

Azərbaycanda gənc oğlan ona dərs demiş müəlliməsini zorladı – ŞOK TƏFƏRRÜATBir müddət əvvəl Tovuz rayonunun Məşədivəlilər kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Əsgərov barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 180.2.3-cü (soyğunçuluq - yaşayış sahəsinə qanunsuz girməklə törədildikdə) və 157.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə açılmış cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şok faktlar üzə çıxıb.

Məlum olub ki, Orxanın zorladığı 1969-cu il təvəllüdlü Tahirə Məmmədova (ad və soyad şərtidir) həmin kəndin məktəbində müəllimə işləyib və illər əvvəl, Orxan 5-ci sinifdə oxuyarkən ona dərs deyib. Lakin Orxan məktəbi yarımçıq atıb çobanlıqla məşğul olmağa başlayandan sonra onu 15 ilə yaxın müddətdə görməyib.

İşsiz qaldığı üçün kəndə qayıtdı

İstintaq materiallarından məlum olur ki, hadisəni törədən gəncin atası 2001-ci ildə vəfat edib, bundan sonra anası 1 qızını götürərək kəndi tərk edib. Orxan və 2 qardaşı isə qohumlarının himayəsində böyüyüb və çobanlıq etməyə başlayıblar. O, qeyri-qanuni yolla Ağstafa rayonunun Çeyrançöl adlanan hissəsindən Gürcüstan Respublikası ərazisinə keçərək qonşu ölkədə müxtəlif şəxslərin təsərrüfatında çoban işləyib. 2019-cu ilin oktyabrında isə işsiz qalan Orxan yenidən qeyri-qanuni yolla ölkəyə qayıdıb və doğma kəndində yaşamağa başlayıb.

Gürcüstandan ata kəndinə qayıdan Orxan burada olduğu müddətdə bir neçə dəfə küçədə Tahirə müəlliməni görüb və onunal salamlaşıb. O, müəlliməsinin Tovuzun başqa kəndindən olduğunu bilib və həftədə 2 gün Məşədivəlilər kəndində kirayə tutduğu evdə tək yaşadığını öyrənib.

Bu yerdə qeyd edək ki, zərərçəkən qadın 20 il əvvəl həyat yoldaşından boşanıb və daha sonra ailə qurmayıb, övladı olmayıb.

Oktyabrın sonlarında isə gənc oğlan kənddə dostları ilə yeyib-içdikdən sonra Tahirə Əsgərovanı zorlamaq qərarına gəlib. O, saat 20:30 radələrində 51 yaşlı qadının tək yaşadığı evə gələrək ətrafı yoxlayıb və Tahirənin otağında uzandığını yəqin edəndən sonra məftillə qapının cəftəsini açıb.

Müəllimənin yalvarışlarına məhəl qoymadı

Evin işığı söndüyündən əlindəki alışqanın fənəri ilə otağa daxil olan Orxan qadına hücum edərək ona seksual xarakterli zorakılıq hərəkətləri edib. Orxanın onu zorlamaq istədiyini görən qadın onun əlindən dişləyərək qışqırıb. Məqsədinə nail olmaq üçün gənc oğlan qadını öldürəcəyi ilə təhdid etməyə və fiziki zorakılıq göstərməyə başlayıb. T.Əsgərova keçmiş şagirdinə "mən sənin ana yerindəyəm, məni də, özünü də məhv etmə", deyərək yalvarmasına baxmayaraq Orxan "mənim anam yoxdur", deyərək çirkin əməlini başa çatdırıb.

O, qadını zorladıqdan sonra üzünü divara çevirməsini tələb edib. Orxanın onu öldürəcəyini düşünən qadın yorğanın altına girərək üzünü çevirib. Bu zaman Orxan Tahirənin çantasını eşməyə, pul axtarmağa başlayıb. O, evdən ümumilikdə 646 manat pul taparaq götürüb və mənzili tərk edib.

Orxanın çıxıb getdiyini görən Tahirə dərhal işlədiyi məktəbin direktoruna zəng edib. Direktor digər kənd nümayəndələri ilə mənzilə gəldikdən sonra qadını öz evinə aparıb. Burada Tahirə Əsgərova 102-yə məlumat verərək başına gələnlər barədə bildirib.

Cinayət törətdikdən sonra Bakıya qaçdı

Araşdırmalar zamanı məlum olub ki, hadisədən sonra Orxan kəndi tərk edib. O, əvvəlcə bir neçə gün Tovuzda qaldıqdan sonra oktyabrın 30-da Bakıya gəlib. Noyabrın 4-də isə axtarışda olan Orxan Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Məhkəmədə təqsirləndirilən şəxs müəlliməni zorlamadığını, onunla könüllü razılıq əsasında cinsi əlaqədə olduğunu, evdən pul götürmədiyini deyib.

Məhkəmə tibbi ekspertiza rəyindən isə qadının çoxsaylı bədən xəsarətləri alması, zorlamaya və müqavimətə xas fiziki zədələrə məruz qalması məlum olub.

Gəncə Ağır Cinaytlər Məhkəməsinin hökmü ilə Orxan 9 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1541   Tarix: 03 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr