Karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA

Karantin rejimi ilə bağlı daha bir AÇIQLAMABir ildən çoxdur ki, koronavirus pandemiyası ilə mübarizə aparırıq. Bu mübarizə dövründə dəfələrlə sərt karantin rejimində yaşamalı olmuşuq. Eyni zamanda, karantin rejiminin yumşalmalarına da şahidlik etmişik.

Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Bunu və havaların istiləşdiyini nəzərə alaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi? Məsələn, açıq havada maska taxmamaq kimi və s.

Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı Modern.az-a danışarkən ölkəmizdəki vəziyyəti qonşu ölkələrlə müqayisə edib:

"Hər bir ölkənin müxtəlif situasiyaları var. Bu situasiyalara uyğun olaraq karantin rejimi sərtləşdirilə və ya yumşaldıla bilər. Hazırda bizdə vaksinasiya prosesi davam edir. Karantinin sərtləşdirilməsinə ciddi zərurət yoxdur. Biz hamımız çalışmalıyıq ki, indiki dövrdə epidemiya əleyhinə bütün tədbirlərə əməl edək.

Vaksinasiyanı da sürətləndirək ki, karantin rejimilə bağlı sərtləşdirməyə deyil, yumşalmaya gedə bilək. Yay fəsli yaxınlaşır. İnsanların istirahət etmək ehtiyacları, immunitetlərini möhkəmləndirmək üçün günəşdə olmaq zərurətləri var. Bunları nəzərə alaraq hamımız vətəndaş və cəmiyyət olaraq məsələyə daha ağıllı yanaşmalıyıq. Bu dəqiqə sərt karantinə keçmək zərurəti yoxdur".

M.Quliyev vətəndaşları vaksinasiyaya daha çox cəlb olunmağa çağırıb:

"Bununla özləri ilə yanaşı, yaxınlarının da həyatını xilas etmiş olurlar. Vaksinasiya prosesi bütövlükdə dövlətimizin, cəmiyyətimizin bu vəziyyətdən çıxmasına gətirəcək.

Bildiyimiz kimi, İsrail dövləti pandemiya şərtlərini bütünlükdə aradan qaldırıb. Çünki əhalinin 50 faizdən çoxu peyvənd olunub. ABŞ təxminən 1 aydan sonra bütün məhdudiyyətləri götürməyi planlaşdırır. Orada da geniş şəkildə vaksinasiya aparılıb.

Bizdə də bu proseslər baş verə bilər. Ona görə də hamımız vaksinasiyaya daha çox əhəmiyyət verməliyik. Əhalimizin təxminən 40-45 faizi vaksinasiyaya cəlb olunsa, bütün qadağaları qaldıra, əvvəlki həyatımıza qayıda bilərik.

Pandemiya şəraitinin nə vaxta qədər davam edəcəyini heç birimiz deyə bilmərik. Amma düşünürəm ki, qarşıdakı qış aylarında indiki kimi yoluxma halı qeydə alınmayacaq"./BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2264   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel