Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb"Ələt Azad İqtisadi Zonasının 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacağı gözlənilir".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklikləri I oxunuşda təqdim edərkən deyib.

Onun sözlərinə görə, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:

- Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq;

- cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi;

- Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir);

- Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir);

- Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək;

- Gömrük işi ilə bağlı dəyişikliklər Azad zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır. Bununla da Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara, xidmətlərə, işlərə gömrük rəsmiləşdirilməsi (sənədləşdirmə) müqabilində yalnız gömrük yığımlarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda terminlərin dəqiqləşdirilməsi ("idxal" və "ixrac" terminlərinin "Azad Zonaya gətirilən" və "Azad Zonadan aparılan" sözləri ilə əvəz edilməsi)i həyata keçirilir;

- Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün saxlanılır (hazırda isə bu hüquqdan istifadə edilə biləcək şəxslərin dairəsi daha genişdir).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 450   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

COVID-19-a qarşı antikorların mövcudluğunu təyin edən İCAD

İsveçrəli alimlər bir damcı qanla koronavirus infeksiyasına qarşı antikor miqdarını təyin edə bilən test hazırlayıb.. . Tədqiqatçılar bu testlərin tezliklə apteklərdə satışa çıxarılacağına (60 sent) ümid edir.. . "Antikor testi COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 infeksiyasının yayılmasın

4 may

İnternet fenomeni olmaq üçün gördükləri iş hər kəsi şoka saldı - VİDEO

Sosial şəbəkədə çevrilmək istəyən 14 və 15 yaşlarında iki qız özlərindən balaca qızları döyüb kadrları internet aləmində paylaşıblar.. . "Haber Global"ın məlumatına görə, hadisə İzmirdə baş verib. Həmin vaxt hücumçuların yanında olan üç yeniyetmə oğlan da baş verənləri telefonun kamerası il

4 may

Hava limanında təhlükəsizlik yoxlanışından keçmək istəməyən sərnişin mühafizəçiyə hücum etdi - VİDEO

Moskva şəhərinin hava limanında təhlükəsizlik yoxlanışından növbəsiz keçmək istəyən kişi ilə mühafizəçi arasında insident yaşanıb. . . "İhlas Haber Ajansı" (İHA) məlumat verir ki, hadisə aeroportun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.. . Maska taxmaqdan və təhlükəsizlik yoxlanışında

4 may

Rusiyada Böyük Vətən müharibəsi qəhrəmanı beşinci sinif şagirdi olan qızına təcavüz edib

Rusiyada Böyük Vətən Müharibəsi qəhrəmanı beşinci sinif şagirdi olan qızına təcavüz edib.. . Bu barədə "Moskovskiy Komsomolets" qəzeti cinayət işinin məxfi sənədlərinə istinadən xəbər verib.. . Qeyd olunub ki, hadisə 1955-ci ildə baş versə də, ilk dəfə istintaq materialları yalnız indi dər

4 may

Məşhur boksçu hamilə sevgilisini öldürdü

Məşhur Puerto-Riko boksçusu Feliks Verdejo hamilə sevgilisi Keyşli Rodriqezin qətlində şübhəli bilinərək həbs olunub.. . "RİA Novosti" xəbər verir ki, boksçunun özü cinayəti etiraf edib.. . Keyşli Rodriqez ötən cümə axşamı itkin düşüb. İki gün sonra onun cəsədi adanın San Juan əyalətinin paytaxtını

4 may

Sükan arxasına keçən azyaşlı anasını öldürdü

Rusiyanın Kursk vilayətində sükan arxasına keçən altı yaşlı uşaq avtomobillə anasını vurub.. . TASS bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətinə istinadla məlumat yayır.. . İlkin məlumatlara görə, 2015-ci il təvəllüdlü oğlan avtomobilin sükanı arxasına keçərək onu işə salı

4 may

Bu şəxslərə ikinci doza vaksin vurulmamalıdır - AÇIQLAMA - VİDEO

"Vaksinasiya edilən xəstəxanalar hər bir təchizatla təmin olunmalıdır. Çünki hər hansı bir reaksiya zamanı erkən müdaxiləyə ehtiyac yarana bilər".. . Sonxeber.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayev

4 may

"Embawood" da QALMAQAL: İşçinin barmağı QOPDU, şirkət isə... - FOTOLAR

"Embawood" şirkətində qalmaqallı hadisə baş verib.. . Masallı rayon sakini Əliyev Əliəkbər BiG.AZ saytına şikayətində başına gələn hadisəni danışıb. O, bildirib ki, 2003-cü ildə adı çəkilən şirkətdə başına iş zamanı bədbəxt hadisə gəlib:. . "2003-cü ildə "Embawood" mebel şirkətini

4 may

DİN qadına hədə-qorxu gələn "polis"lə bağlı MƏLUMAT YAYDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) instaqram sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir nəfər qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu, daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.. . Bu barədə Sonxeber.az-a DİN-i

4 may