ANS-lə bağlı yeni xəbər
Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətini 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərib.
Şikayət ANS Müstəqil Yayım və Media Şirkətinin "İnzibati aktın etibarsız hesab edilməsi" (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlıdır.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Xatırladaq ki, ANS məsələ ilə bağlı apellyasiya şikayəti verib, lakin məhkəmə işə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılmasını məqsədəuyğun hesab edib.
APA.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5232 Tarix: 19 avqust 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meteohəssas insanlar üçün sabahın hava PROQNOZU
Aprelin 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
2 aprelBakıda bu ərazidə yeni bulvar salınacaq
Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy
3 aprelSumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl
3 aprelNəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA
Nəsimi rayonu ərazisindəki Ənvər Qasımzadə küçəsi, 15 ünvanında icra edilən tikintinin fəaliyyətinə dair şikayətlərə aydınlıq gətirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən -a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri il
1 aprelNövbəti yarımfinalçı kim olacaq?
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo
3 aprelBakı-Quba yolunda "Bentley" aşdı, 1 nəfər xəsarət aldı (VİDEO)
Bakı-Quba yolunda qəza baş verib. Qaynarinfo DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlər
2 aprel