Maştağalı erməni qadın: "Onlardan bir dənə də pis söz eşitməmişəm" - FOTO

Maştağalı erməni qadın: "Onlardan bir dənə də pis söz eşitməmişəm" - FOTORusiyanın "RİA Novosti" xəbər agentliyi öz əməkdaşının Hadrut bölgəsinə səyahəti haqqında "Qarabağın Cənub Qapısı" başlıqlı geniş məqalə yayımlayıb.

Agentliyin müxbiri Qaliyə İbrahimova Hadrut səfərindən əvvəl Maştağa kənd sakini, birinci Qarabağ müharibəsi zamanı oğlunu itirən etnik erməni Mariya Əliyeva-Karapetyanı ziyarət edib.

"Böyük oğlum Samir birinci Qarabağ münaqişəsində, Füzuli, Xocavənd və Hadrut uğrunda döyüşlərdə şəhid olub. On doqquz yaşındaydı. Əgər o yerlərdə olsanız, mənə heç olmasa oğlumun xatirəsinə kiçik bir daş parçası gətirərsiz" , - deyə Karapetyan bildirir.

Erməni qadının yaşı artıq yetmişi keçib. Şəhid oğlu barədə danışmaq onun üçün heç də asan deyil.

"Uşaqlıqdan Samir hərbçi olmaq arzusunda idi. Dərsdən sonra qaçaraq gəldi, məni qucaqladı və dedi ki, ana, mən böyüyəcəyəm, əsgər olacağam və səni qoruyacağam. Naxçıvanski adına hərbi məktəbə daxil oldu. İlk Qarabağ müharibəsi zamanı orduya çağırıldı və beləcə öldü", - deyə o xatırlayır.

Məqalədə bildirilir ki, Qarabağ müharibəsi Mariya Yeqorovna üçün şəxsi faciədir. O ermənidir, amma demək olar ki, bütün ömrünü Bakıda yaşayıb. Valideynləri 1956-cı ildə Altay bölgəsindən Azərbaycana köçüblər. Repressiya üzündən qohumları Sibirdə qalıb.

"Babam Gorusda nəhəng evini qoyub ailəsilə Sibir buzlaqlarına köçüb. Birinci Qarabağ müharibəsindən əvvəl Bakıda böyük bir erməni diasporu var idi. Əmim valideynlərimi bura çağırmışdı. Bakı Odessadan sonra SSRİ-də ikinci beynəlmiləl şəhər idi. Kim yox idi ki burada?! Azərbaycanlılar, ermənilər, ləzgilər, talışlar, ruslar... Hansı millətin nümayəndəsi olduqlarını soruşduqda isə cavab "bakılı" olurdu", - deyə Karapetyan bildirir.

Bir müddət sonra Mariya Yeqorovna azərbaycanlı ilə ailə qurur.

"Yoldaşımın valideynləri həmişə erməni gəlininin ən gözəl və sevimli olduğunu deyirdilər. Onlardan bir dənə də pis söz eşitməmişəm. Dörd övlad dünyaya gətirmişəm", - deyə erməni qadın qeyd edir.

Qonşular da onunla mehriban davranırlar. Mariya iynə vurmağı və venadaxili sistem qoşmağı öyrənir. Əri ilə yaşadığı Bakının Maştağa kəndində ona mərhəmət bacısı ləqəbi verirlər.

"Maşa məhəllədə bir gündə qırx evə qaçır. Heç vaxt köməyini əsirgəmir - təcili yardım kimi. Otuz iki ildir ki, Mariya Yeqorovna ilə yan-yana qonşu olmuşuq. Uşaqları bayütməkdə mənə kömək edib. Qarabağda müharibə başlayanda onu heç kim barmağı ilə göstərmədi və erməni olduğuna görə qınamadı. O, bizim üçün əzizdir", - deyə qadının qonşuları bildirirlər.

Mariya əmindir ki, müharibə siyasətçilər tərəfindən qızışdırılıb.

"Məmurlar ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğundan danışanda təzyiqim artır, dərman içirəm. Neçə ildir bir yerdə yaşayırıq, indi genlər düz gəlmədi? Belə sözlərə görə onları döyərdim, qulaqlarını çəkərdim", - deyə Mariya hiddətlənir.

İlk müharibə vaxtı Əliyeva-Karapetyan ətrafdakıların ona qarşı çıxacaqlarından qorxduğunu deyib.

"Boş yerə narahat oldum. Əksinə, hamı məni qorudu. Erməni olduğumu gizlətmədim. Gənc uşaqlar müharibədə ölürlər, mən, qoca qadın, niyə həyatdan ikiəlli yapışım? Bacardığım qədər kömək etdim. Birlikdə ağladıq, uşaqları dəfn etdik", - deyə yaşlı ana bildirir.

Məqalədə Azərbaycanda hələ də iyirmi minə yaxın erməninin yaşadığı vurğulanır. Mariya da ara-sıra erməni dostlarını görür.

"Mənim kimi onlar da azərbaycanlılarla evlənib Bakıda qaldılar. Heç kəsin taleyi asan deyil", - o, qeyd edir.

Səlahiyyətli şəxslər Mariyanın oğlunu Şəhidlər Xiyabanında dəfn etməyi təklif ediblər. Lakin o, təkliflə razılaşmayıb və hər gün oğlunun məzarı üstünə gedə bilməsi üçün evə daha yaxın yerdə basdırılmasını xahiş edib. (Oxu.az)
Maştağalı erməni qadın: "Onlardan bir dənə də pis söz eşitməmişəm" - FOTOMaştağalı erməni qadın: "Onlardan bir dənə də pis söz eşitməmişəm" - FOTOMaştağalı erməni qadın: "Onlardan bir dənə də pis söz eşitməmişəm" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3681   Tarix: 23 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021