"Haber Global" Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı
"Haber Global" Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı Ermənistanı kəskin qınayıb.
Bununla bağlı açıqlamada deyilir:
"Ermənistan mina xəritələrini Azərbaycana vermədiyi üçün Kəlbəcərdə və Qarabağın müxtəlif bölgələrində işləyən və ya işləyəcək bütün mətbuat nümayəndələri bu təhlükə ilə üz-üzədir.
"Haber Global"ın sabiq müxbiri Osman Girgin, jurnalistlər Ela Sezen, Hasan Uylaş, Murat Karataş və komanda yoldaşları da Qarabağda təhlükə altında xidmət ediblər. Vəziyyəti yalnız ictimaiyyəti məlumatlandırmaq olan bu jurnalistlər eyni acı sonu yaşaya bilərdilər.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun kədərini ürəyimizdə hiss edərkən, "Haber Global" olaraq Ermənistanı razılaşmaya uyğun olaraq mina xəritələrini təqdim etməyə çağırırıq.
Artıq jurnalistlər, mülki vətəndaşlar minaların qurbanı olmamalıdır".
Xatırladaq ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 781 Tarix: 04 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrYumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabrMagistral yollarda görmə məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini
20 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrSaxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabr