İlan sancdıqda dərhal BUNLARI EDİN - Həkimdən AÇIQLAMA

İlan sancdıqda dərhal BUNLARI EDİN - Həkimdən AÇIQLAMADünyada olduğu kimi, Azərbaycanda da yay mövsumunda ilan və əqrəblərin fəallaşması baş verir. Nəticədə sancmalarla bağlı yay aylarında əhalinin toksikoloji mərkəzlərə müraciəti artır.

"Toksikoloqlara ən çox hansı zəhərlənmələrlə bağlı müraciətlər olur?", "Sancmaların əlamətləri nə ilə fərqlənir?".
Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev Sonxeber.az-ın suallarını cavablayıb.

- Toksikoloq kimdir? Hansı şikayətlərlə sizə vətəndaşlar müraciət edirlər?

- Toksikologiya Azərbaycanda çox unikal bir mütəxəssis sahəsidir. Bu sahə ölkəmizdə 1982-ci ildə açılıb. Bu ilə qədər kəskin kimyəvi maddələrdən ölüm faizi həddindən artıq çox idi. Hətta mən deyə bilərəm ki, 1982-ci ildə zəhərlənmələrdən stasionar ölüm səviyyəsi 10%-ə yaxın idi. Toksikologiya xidməti yaradıldıqdan sonra bu istiqamətdə ölüm faizi 1,8 faizə qədər düşmüş. Toksikologiya hazırda ÜST-ün dəyərləndirməsi ilə ən aktual sahədir. İldən-ilə dünya miqyasında kimyəvi maddələrin sayı artır. Dünyada hər il tək ilan sancmalara 2,5 milyondan artıq insan intoksikasiya olur və on milyonlarla dəm qazı, müxtəlif dərmanlardan, qara bazara çıxan yeni narkotik maddələr və istehsalda, sənayədə istifadə olunan digər kimyəvi maddələrin zəhərlənmə halı ilə müraciət edirlər. Həmçinin kənd təsərüfatınında inkişafı ilə birlikdə pestisid maddələrlə zəhərlənmələr hər il artmaqdadır. Kimyəvi sənayə inkişaf etdikcə ÜST-nin proqnozu da bu sahəyə toksikoloji xidmətinə tələbin artacağını qeyd edir. Hətta müharibələrdə belə kimyəvi maddələrdən silah kimi istifadə olunur.

- Daha çox sizə müraciətlər hansı zəhərlənmələrlə olur?

- Sirkə turşusu, dərman zəhərlənmələri, narkotik maddələr və alkoqola bağlı zəhərlənmələr demək olar ki, il boyu eyni proporsiyada olur. Digər intoksikasiyalar isə toksikologiyada mövsümi xarakteri daşıyır. Məsələn, yay üçün zəhərli heyvan sancmaları, payız üçün daha çox göbələklərlə zəhərlənmələr, qış mövsümi üçün dəm qazı zəhərlənmələri daha çox müşahidə olunur. Yay fəslində olduğumuz üçün söhbətimizi bu istiqamətdə davam edək. Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir.

- Sizə belə bir sual ünvanlamaq istəyirəm. Ola bilər ki, biz əkin sahəsində olmuşuq və bizi nəyin sancdığını görməmişik. Nədən şübhələnməliyik? Əlamətlər nə ilə fərqlənir?

- İlk olaraq sancma yerinə baxmalıyıq. Əgər ilan sancmasıdırsa 2 nöqtəvari yer olur. Biz həmin an həkimə müraciət etməliyik. Çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə insan çox bu sancmaları dərhal hiss etmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi, titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdı. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.

- Doktor, bu hallarda ilkin tibbi yardım necə olmalıdır?

- Bu çox önəmli sualdır və bizim əziyyət çəkdiyimiz hissədir. Bu mövzuda nə qədər maarifləndirmə aparsaq da doğru bilinən yanlışlar bu halları daha da çətinləşdirir. Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o insanlarda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən bu yolla infeksiyanın daha çox yayılmağına səbəb oluruq. Bəs nə etməliyik? İlk növbədə qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha qeyd etmək istəyirəm bu zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdı və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar.

Əgər görsəniz ki, sizi hörümçək sancdı və ehtimalladır ki, zəhərli hörümçəkdir. İlk 2 dəqiqə ərizində kibrit vasitəsi ilə həmin nahiyəni yandırsanız termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını ala bilərsiniz.

- Zəhərli heyvanlar sancmalarından sonra orqanizmdə qalıcı təsir ola bilirmi?

- Bəli, çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət biz fəsadlar görə bilirik. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədən limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən bu hal uzun illər davam edir. Həmin nahiyəni sıxmaq sağalmanı çox gecikdirir. Nə ola bilər: ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma hətta amputasiyaya qədər gətirib çıxara bilir. Bir daha tövsiyəmiz: bu hallarda həkimə zamanında müraciət etməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6296   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel