Şamil Ayrım: "Ərdoğanın səfəri zamanı Şuşadan dünyaya mesajlar veriləcək"

Şamil Ayrım: "Ərdoğanın səfəri zamanı Şuşadan dünyaya mesajlar veriləcək""30 ilə yaxın işğal altında olumuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfəri tarixi hadisədir. Bu səfər Türkiyə və Azərbaycan üçün çox önəmlidir".

Bunu "Report"a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, səfər zamanı Şuşadan dünyaya mesajlar veriləcək:

"İşğaldan azad edilən torpaqların Azərbaycan ərazisi olduğunu bütün dünyanın bilməsi lazımdır. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həmin torpaqları qan tökərək, şəhidlər verərək işğaldan azad edib. Biz 44 günlük müharibənin sonunda qazanılmış zəfəri çox dəyərli hesab edirik. Cənubi Qafqazda sülh və sabitliyin bərpa edilməsi üçün hər kəs bir araya gəlməlidir. Ermənistan isə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini tam şəkildə yerinə yetirməlidir. Ümid edirəm ki, sülh və əmin-amanlıq bölgədə bərpa olunacaq. Ermənistan Ağdam rayonunda basdırdığı minaların xəritələrini verdiyi kimi, digər ərazilərdəki mina xəritələrini də verməlidir. Biz prezidentlərin Şuşa səfərində də bu məsələnin gündəmə gətirildiyinin şahidi olacağıq. Həmçinin səfər zamanı dünya ölkələrinə bir neçə mesaj veriləcək ".

Türkiyəli parlamentari qeyd edib ki, Zəngəzur dəhlizinin açılması da gözləntilərdən biridir:

"Bu dəhlizin açılması heç kimi təşvişə salmamalı, qorxutmamalıdır. Ermənistan və İran bu məsələdə bir az qərarsızdırlar. Ancaq bu dəhlizin açılması hər kəs üçün vacibdir. Hər şeydən əvvəl isə bu dəhlizin açılması ilə insanlar bir-biriləriylə daha sıx əlaqə saxlayacaqlar. Ölkələrin iqtisadiyyatlarında canlanma baş verəcək. Bu mesajı Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya çatdıracaqlar".

Ş.Ayrım onu da bildirib ki, Ərdoğanın Şuşaya səfəri çərçivəsində Türkiyə ilə Azərbaycan arasında çox vacib sənədlər imzalanacaq:

"Biz bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya göstərəcəyik. Bununla bağlı da bir sıra sənədlər imzalana bilər. Sənədlərin hansı istiqamətləri əhatə edəcəyini isə səfər zamanı biləcəyik. Onu da qeyd edim ki, zaman-zaman Azərbaycanla Türkiyə arasında bir çox məsələləri özündə ehtiva edən sənədlər imzalanıb. Bir daha Can Azərbaycana qardaş Türkiyədən salamlarımı göndərirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 748   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel