Azərbaycanda hakimin qohumu 15 nəfəri aldadaraq 80 min manat MƏNİMSƏDİ? - ŞOK İTTİHAM
Quba rayonunun Qam-qam kənd sakini 15 nəfərə yaxın adamı aldadaraq 80000 manat pulunun mənimsənilməsində ittiham olunur.
Sonxeber.az-a daxil olan şikayətə görə, Quba rayonunun Qam-qam kənd sakini Rəsulov Rəşad Nazim oğlu vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 15 nəfərdən 80000 manat mənimsəyib.
Dələduzluqda adı hallanan Rəsulov Rəşad Nazim oğlunun dayıoğlanlarından biri Vüsal adlı şəxsin Binəqədi rayon məhkəməsinin hakimi, Dəyanət adlı digəri isə Qusar rayon notariatının kontoru olduğu deyilir.
Şikayətdə qeyd olunur ki, Rəsulov Rəşad dayıoğlanlarına görə məhkəmənin onlara heç bir cəza kəsməyəcəyini bildirib.
Məsələ ilə bağlı zərərçəkənlərdən ikisi ilə əlaqə saxladıq.
Zərərçəkən Əlimov Elnur Sədulla oğlunun sözlərinə görə, zərərçəkənlər ayrı-ayrı adamlardır:
"Birinin torpağını satıb, pulunu mənimsəyib verməyib. Bir neçəsindən də sənəd düzəltmək adıyla pul alıb. Dayıoğlanlarının köməyi ilə sənədləri düzəldəcəyini iddia edib. Bu sənədlərin hamısı torpaq mülkiyyəti ilə bağlı olub. Mənə şəxsən dəfələrlə deyib ki, dayıoğlanları Vüsal və Dəyanətə arxayındır, guya ona heç kəs heç nə edə bilməz".
Ravil adlı digər zərərçəkən şəxs də onun 15-dən çox adama qarşı dələduzluq etdiyini təsdiqləyib:
"Bu şəxs insanları aldatmağa 2 il əvvəl başlayıb. Biz hər dəfə lazımi orqanlara müraciət etmək istədikdə o adam yalançı vədlər verir və həll edəcəyini deyirdi".
Qeyd edək ki, zərərçəkənlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər. İş Quba rayon məhkəməsində hakim Samir Məmmədovun icraatındadır.
Məsələ ilə bağlı Sonxeber.az Rəşad Rəsulovla əlaqə saxlayıb.
Rəşad Rəsulov işin məhkəmədə olduğunu təsdiqləyib:
"Mənim Binəqədi rayon məhkəməsinin hakiminin və Qusar rayon notariatının kontorunun adından istifadə etməyimlə bağlı söylənilənlər əsassızdır. Barəmdə söylənilənlər heç polis bölməsində də öz təsdiqini tapmadı. İş məhkəməyə verilib".
Məsələ ilə bağlı fotoları təqdim edirik:
Aytəkin Cəlali
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1508 Tarix: 16 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDaha bir alim Ali Attestasiya Komissiyasına qarşı
Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib
26 aprelMaşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video
Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə
25 aprelAvtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
25 aprelRamiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq
26 aprelMillət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25 aprelAzərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı
Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini
25 aprelPolisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü
26 aprel