Patrik Hikki günahkar çıxdı

Patrik Hikki günahkar çıxdıRio-2016-da qanunsuz bilet alverində təqsirli bilinərək saxlanılan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb.

Bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin polis idarəsindən açıqlayıblar.

Eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri olan 71 yaşlı funksioner daha 4 nəfərlə birlikdə həbsdə saxlanılır ki, onlardan biri İngiltərə "İpsviç" futbol klubunun rəhbəri Mark Evansdı.

Braziliyalı müstəntiq Rikardo Barbosa keçirdiyi mətbuat konfransında Hikkinin məhz Evansla əlaqələr üzündən "ilişdiyini" bildirib: "Əlimizdəki dəlillər, ilk növbədə də elektron məktublar Patrik Hikkinin Mark Evansla əlaqədar olduğunu təsdiqləyir. Sonuncu THG şirkətinin rəhbəri, Hikki isə İrlandiya Olimpiya komitəsinin prezidentidi. Bütün qanunsuz bilet satışının təşkilatçısı da THG şirkətidi. Bu cinayətkarlar sisteminin əsas işi biletləri rəsmi qiymətindən daha yuxarı satmaqdı. Onlar bunu qonaqpərvərlik proqramı adı altında gizlədirlər".

THG şirkətinin direktoru Kevin Mallonun həbsindən sonra daha da genişlənən istintaq Hikki və Evans daxil olmaqla 7 nəfərin saxlanılması ilə nəticələnib. Mallonun əlində yaxalanan yüzlərlə bilet arasında Olimpiya Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulanlar da olub. Nominal qiyməti 1400 dollar olan bu biletlərin "qara bazar"da 8000 dollara satılması planlaşdırılıb.

Qeyd edək ki, istintaq nəticəsində İrlandiya Olimpiya Komitəsinin daha 3 əməkdaşı da saxlanılıb. Bunlar nümayəndə heyətinin rəhbəri Kevin Kilti, baş katib Dermot Henihan və Stiven Martindir.

* * *12:00

Avropa Olimpiya Komitəsinin prezidenti və eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Rio-de-Janeyroda həbs olunandan sonra onu əvəzləyən Uilyam O‘Brayenin də həbsinə sanksiya verilib. Lakin o, Brazliyanı tərk etməyə imkan tapıb.

Bu barədə Rio oyunlarında bilet alveri işini aparan müstəntiqlərdən biri Aloyzyu Falkao keçirdiyi mətbuat konfransında bildirib.

Patrik Hikki həbs olunandan sonra İrlandiya Olimpiya Komitəsinin prezidenti vəzifəsində onu Uilyam O‘Brayen əvəzləyib. Həmin vaxt o da Rio-de-Janeyroda olub. Braziliya polisi müəyyən edib ki, Patrik Hikkinin qurduğu bilet alveri sxeində Uilyam O‘Brayen də yer alıb. "Onun Patrik Hikki ilə əlbir olduğuna dair çoxsaylı dəlillər var"-müstəntiq deyib.

Prokuror Uilyam O‘Brayenin həbsi üçün sanksiya verib və ötən bazar günü onu həbs etmək üçün polislər gedib. Lakin məlum olub ki, Uilyam O‘Brayen həbs olunacağından xəbər tutaraq Braziliyanı tərk etməyə imkan tapıb. Müstəntiq deyib ki, onun istintaqa cəlb olunması üçün İrlandiya hökumətindən kömək istəyəcəklər. Patrik Hikki isə hazırda Rionun Banqu həbsxanasında saxlanılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1002   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021