Onların həbsi bizim azadlığımızdır - Həbs edilən vəzifəli şəxslərin SİYAHISI

Onların həbsi bizim azadlığımızdır - Həbs edilən vəzifəli şəxslərin SİYAHISIKimlərin həbsi bizələrə azadlıq olub?

Sonxeber.az həmin şəxslərin siyahısını təqdim edir:

Generallar

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli sabiq məmuru Akif Çovdarov 2015-ci ilin dekabrın 14-də 12 il müddətinə həbs edilib.

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Şıxəliyev MövlamNizami Şirinov. Bu generallar vəzifə səlahiyyətlərini aşma və sui-istifadə etdikləri üçün 2021-ci il 5 apreldə həbs ediliblər.

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev. Əfqan Nağıyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin aşkarlanması nəticəsində 2020-ci il 16 mayda həbs edilib.

Beyləqan hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev 2014-cü il 15 mayda həbs olunub.

General leytenant Rövşən Əkbərov. Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.2020-ci ildə Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 2021-ci il 15 martda isə həbs olunub. O, qəsdən adam öldürmək ittihamı ilə saxlanılıb.

Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifə səlahiyyətlərindən sui istifadə və külli miqdarda rüşvət alma maddələri ilə 2021-ci il 14 fevralda həbs olunub.

İcra başçıları

Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov dövlət əmlakını mənimsəmə, vətəndaşların hüquqlarına zərər vurulması və s. maddələrlə 2021-ci il 29 apreldə həbs edilib.

Biləsuvar rayon keçmiş icra başçısı Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və vətəndaşlara zərər vurma maddələri ilə 2020-ci il 29 avqustda həbs edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 2020-ci il 22 fevralda həbs edilib.

Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev 2019-cu il 18 dekabr tarixində rüşvət alarkən cinayət başında saxlanılıb. Ondan bir gün sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov həbs edilib.

Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışov 2013-cü il 29 avqustda həbs edilib.

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olan Saleh Rüstəmov Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib. 2019-cu il 27 fevral tarixində isə həbs edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov 2020-ci il 9 dekabrda həbs edilib.

Gördüyümüz kimi, heç birinin əməli bir-birindən fərqlənmir. Hamısı vətəndaşın haqqına girməkdə, dövlətin əmlakını mənimsəməkdə, rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə və s. ittiham olunub. Dövlətin malını talayan, insanların haqqına girən, dövlətin mənafelərinə zidd hərəkət edən digər vəzifəli şəxsləri də bu siyahıda görək.

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4566   Tarix: 19 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel