Söyüş söyüb, şiddəti təbliğ edənlər niyə bu qədər izlənilir?

Söyüş söyüb, şiddəti təbliğ edənlər niyə bu qədər izlənilir?Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq yutub kanalında paylaşan yutuber 24 yaşlı "Zevs" (Ruslan Quliyev) bir neçə gündür sosial şəbəkələrin əsas gündəmindədir.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən videosu geniş yayıldıqdan sonra 30 sutkalıq həbs edilən "Zevs"ə maraq böyükdür. Belə ki, bu səpkidə videoları ilə populyarlaşan Ruslan Quliyevin rəsmi yutub hesabında yarım milyondan çox abunəçi qeydiyyatdan keçib.

Bəs izləyiciləri Quliyevin şiddət, təhqir, söyüşlərdən ibarət bu görüntülərini niyə izləyir? Axı bu videolarda maarifləndirici və ya tövsiyə xarakterli heç bir məlumat yoxdur...

Daha çox "TikTok"da cəmləşsələr də, digər sosial şəbəkə platformalarına nəzər salanda da R. Quliyev kimi şiddət, zorakılıq, söyüş, spirtli içki, narkotiki təbliğ edən kifayət qədər belə "fenomen"lərə rast gəlmək mümkündür.
Söyüş söyüb, şiddəti təbliğ edənlər niyə bu qədər izlənilir?Kimisi instaqramda sevgilisi ilə canlı yayıma qoşularaq bir-birini təhqir edir, kimisi atası ilə qeyri-etik ifadələrin yer aldığı videosunu paylaşır, kimisi intim həyatını izləyiciləri ilə bölüşür. Hətta yeniyetmə qızlar həmcinslərini söhbətə çağıraraq onları döydükləri anın görüntülərini yayır. Onları isə yüzlərlə insan izləyir, rəy yazır və hətta həmin şəxslərin ünvanına tənqidi fikirlər səsləndirənlərə qarşı çıxırlar, "qəhrəmanlar"ını müdafiə edirlər.

Bəzi şirkətlər isə bundan faydalanaraq qeyri-etik ifadələr səsləndirən, şiddəti təbliğ edən şəxslərə reklam verir, öz məhsullarını kütləyə tanıdırlar.

Belə bir sual ortaya çıxır: Kütlə bu cür fenomenləri izləməklə nə əldə edir?

"Qafqazinfo" mövzu barədə psixoloq Vəfa Əkbərlə əlaqə saxlayıb. Psixoloq açıqlamasında həmin sosial şəbəkə ulduzlarına haqq qazandıran şəxslərin valideynlərini günahkar hesab edib:

"Uşaqları bundan heç cür təcrid edə bilmərik. Çünki siz nə qədər təcrid etməyə çalışsanız da, uşaqların daha çox diqqətini cəlb edəcək. 10 uşağa izləməyə icazə verməsəz, 11-ci mütləq baxacaq. Həmin 11-ci yayma qabiliyyətinə malikdir.
Söyüş söyüb, şiddəti təbliğ edənlər niyə bu qədər izlənilir?Məsələyə başqa cür yanaşmaq lazımdır. Ətrafımızda şiddət, qanunsuzluqlar ola bilər. Sadəcə olaraq uşaqlara münasibət bildirməyi öyrətmək lazımdır. Susmaq, sakit qalmaq və valideynə tabe olmağı yox! Birinci növbədə bizim cəmiyyəti silkələmək lazımdır. Valideynlər uşaqları özlərinə tabe etməyi öyrədir. Beləliklə də uşaq fikir bildirmək, irad tutmaq, hətta üsyan etmək əvəzinə susmağı, qəbul etməyi, göz yummağı seçir. Çünki valideynlər öz ailələrindəki şiddəti normal kimi təqdim edirlər. Artıq uşaq da bu hadisəni normal bir şey kimi qəbullanır. Normal hala gətirdiyimiz şiddəti, zorakılığı "əslində belə olmamalıdır" kimi tərbiyə etsək, hər şey qaydasında olar. Bu günün uşağı sabahın yeniyetməsi, gəncidir. Biz onlara düzgün yol göstərməli, ətrafımızda baş verən şiddətə münasibət bildirməyi öyrətməliyik. Bu olmadığı halda uşağa qadağa qoymaq düzgün deyil. Uşaqların daxilində fenomen halına gəlmiş, doğru olmayan videolar çəkən bloqerlərə qarşı bir fikir formalaşacaq. O zaman həmin şəxslərə maraq azalacaq, fenomenlər də reytinq yığmadığı üçün belə şeylər çəkməyəcək.

Sosial şəbəkələrə girişi bloklamaq, əlindən telefonu almaq əvəzinə özümüzü dəyişək. Özümüzü dəyişsək, ətrafımızda baş verən heç nə qorxulu gəlməyəcək. Niyə bu gün həmin videolara ailəsində şiddət görməyən uşaqlar da baxır, lakin həmin fenomenləri özlərinə idol götürmürlər? Digərləri niyə götürür? Doğru yolu getmək lazımdır. Bizim ən böyük cahilliyimiz odur ki, sosial şəbəkələri qınaq obyektinə çeviririk. Biz ailələrimizə, fərdlərimizə, özünü mükəmməl hesab edən orta nəslin tərbiyə verə bilmədiyi şəxslərə üsyan etməliyik. Bundan sonra hər şey qaydasına düşəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 946   Tarix: 18 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021