Qazi anasından Kapital Bankla bağlı iddia: "Mənə dedilər: Ölməyib ki, yaralanıb, ödəməlisiniz"

Qazi anasından Kapital Bankla bağlı iddia: "Mənə dedilər: Ölməyib ki, yaralanıb, ödəməlisiniz"Qazi Cavad Qələndərlinin anasının iddiasına görə, oğlunun banka olan borcu ilə bağlı heç bir güzəşt tətbiq edilmir.

Bu barədə Oxu.Az-a Vətən müharibəsi qazisi Cavad Qələndərlinin anası Ülkər Həsənova məlumat verib.

O bildirib ki, oğlu 1996-cı il təvəllüdlü C.Qələndərli ötən ilin avqust ayında Kapital Bankdan 10 min manat məbləğində kredit götürüb:

"Oğlum baş leytenantdır. Vətən müharibəsində Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Cəmi bir ay banka ödəniş edib. Bir neçə ay ödəniş olmayıb və Kapital Bankdan oğluma yeni cədvəl təyin edilib. Ödəmədiyi müddəti hesablayıb ümumi məbləğin üzərinə gəliblər və borcun 12 min manat olduğunu deyiblər.

Oğlum müharibədə yaralanıb və aldığı yaralardan demək olar ki, bədəninin 50 faizdən çoxu iflic vəziyyətindədir. Doqquz aydır xəstəxanalarda müalicə alır. Oğlumun vəziyyəti ağırdır. Hazırda Türkiyədə müalicə alır. Cavad 25 yaşında əlil arabası ilə hərəkət edir. Xalq tərəfindən dəstək olunur. Sağ olsunlar. Səkkiz aydır mən Kapital Banka yalvarıram ki, oğlumun vəziyyəti ağırdır, onun maaşı ilə ancaq öz müalicəsini qarşılayıram. Dəfələrlə demişəm ki, mənim bu borcu ödəmək üçün gücüm yoxdur. Mənə deyirlər ki, "Ödəməlisiniz. Şəhidlər borcu bağlanır, şəhid olmayıb ki, yaralanıb da". Biz borcu silə bilmərik, gərək bununla bağlı qanun qəbul olunsun.

Cavadın maaşı karta oturan kimi avtomatik bank 500 AZN çıxır. Yarımcan, yorğan-döşək xəstəsi olan qazinin, torpaq uğrunda canını qoyan 25 yaşlı gəncə ediləcək hərəkətdirmi bu? Hara getdimsə, mənə çöl qapını göstərdilər".

Məsələ ilə bağlı sosial şəbəkədə çoxsaylı paylaşımlar edilib. Sözügedən paylaşımlardan birinin altında rəy bölməsinə Kapital Bankın "Facebook" səhifəsi tərəfindən cavab yazılıb.

Cavab mətnini olduğu kimi təqdim edirik:

"Kapital Bank hər zaman olduğu kimi xalqımızın haqq yolunda cəbhə bölgəsində olan mübarizəsini diqqət mərkəzində saxlayır. Diqqətinizə çatdırmaq istərdik ki, qeyd olunan hal ilə bağlı müştəridən banka müraciət daxil olub və hazırda araşdırılır. Nəticə barədə müştəriyə məlumat təqdim ediləcək".
Qazi anasından Kapital Bankla bağlı iddia: "Mənə dedilər: Ölməyib ki, yaralanıb, ödəməlisiniz"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1207   Tarix: 18 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel