Sosial sığorta şəhadətnaməsi ləğv olunur

Sosial sığorta şəhadətnaməsi ləğv olunurPrezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur.

Sonxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qanunvericiliyə sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını nəzərdə tutan əlavə edilib.

Prezident İlham Əliyev "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb.

Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir və həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb.

İndiyədək qanunvericilikdə əksini tapan "dövlət sosial sığorta şəhadətnaməsi" sözləri sadəcə olaraq "sosial sığorta" ilə, "dövlət sosial sığorta şəhadətnaməsi olmayan" sözləri "fərdi uçota alınmamış" sözləri, "şəhadətnaməsinin verilməsi" sözləri "sistemində fərdi uçotun həyata keçirilməsi" sözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki "və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)" sözləri çıxarılıb.

Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb.

Eyni zamanda, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsini nəzərdə tutan əlavə edilir.

Qeyd edək ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan "e-sosial" internet portalı vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3804   Tarix: 19 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel