Türkiyədə Şuşa Bəyannaməsi ilə bağlı MÜRACİƏT

Türkiyədə Şuşa Bəyannaməsi ilə bağlı MÜRACİƏTTürkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyənnaməsi ilə bağlı müraciət yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olaraq, 15 iyun 2021-ci il tarixli "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını məmnuniyyətlə qarşıladığımızı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata vəsiqə qazanan, iki qətiyyətli Lider tərəfindən imzalanan sənədi yüksək dəyərləndirir və bütün gücümüzlə dəstəklədiyimizi bildiririk.

Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən, eləcə də Avrasiya coğrafiyası üçün sülh, sabitlik və inkişaf vəd edən bir çox müddəanı özündə ehtiva edir. Odur ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlik və həmrəyliyimizin əhəmiyyətli olduğunu diqqətə çatdırmaqla digər türksoylu ölkələrin, həmçinin sülhsevər digər icmalarla birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayırıq.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən sənədin imzalanma tarixinin seçilməsi özündə iki böyük tarixin nişanələrini əks etdirir. Hesab edirik ki, Azərbaycanın Milli Qurtuluş Günündə və Qars müqaviləsinin yüzüncü ildönümündə imzalanması hər iki liderin Türkiyə Cümhuriyyətinin banısi Mustafa Kamal Atatürkə və ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgi və ehtiramın nişanəsidir. Məhz Mustafa Kamal Atatürkün "Naxçıvan türkün qapısıdır",-ifadəsi və tapşırıqları ilə Naxçıvan bölgəsinə muxtar dövlət statusunun verilməsi hazırda türk dünyasının nəqliyyat və kommunikasiya baxımından birləşmək fürsətini yaratmışdır.

Artıq dövlət müstəqilliyinin otuzuncu ildönümünü şərəflə yaşayan tüksoylu ölkələr ötən dövrdə böyük inkişaf yolu keçiblər. Həmrəylik və birlik çağırışlarımız yalnız türksoylu xalqların tərəqqisi üçün deyil, bütün dünyada mehriban dostluq, səmimi qonşuluq, birgəyaşayış mədəniyyətinin nümayişi olaraq örnəyə çevrilib. Bütün bunlar milli simamız və dəyərlərimizdir.

Əziz və dəyərli yurddaşlar, soydaşlar, dindaşlar və məsləkdaşlar yaşadığımız dünyada sülh və sabitliyin qorunması, təbliği və təşviqində diaspor təşkilatları və media qurumlarının da üzərinə ağır və şərəfli məsuliyyət qoyur. Bu məsuliyyətin bir istiqaməti də Azərbaycan və Türkiyəyə aid həqiqətlərin dünya birliyinə düzgün çatdırılması, xalqlarımıza, ölkələrimizə qarşı yalan və iftiraların dəf edilməsidir. Son illər məhz birgə səylərimiz nəticəsində saxta "erməni məsələsi"ndən doğan bütün irtica fəaliyyətlərin ifşası istiqamətində əhəmiyyətli addımlar atmışıq. Lakin bütün bunlar yetərli deyildir. Sözügedən Bəyannamə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah üçün unikal imkanlar yaratmaqdadır.

Ermənistanın, erməni millətçi dairələrin, lobbi təşkilatlarının Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların saxtalaşdırılması əsasında siyasiləşdirilmiş qərarların həqiqət kimi təqdim olunması son dərəcə təhlükəlidir və birgə səylərlə bunları dəf etməliyik. Bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləməklə real işlərə rəvac verməliyik.

Prezident İlham Əliyevin söylədiyi və Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın da dəstəklədiyi kimi: bir millətin iki diasporu ola bilməz.

Birmənalı olaraq qeyd etmək istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, məruz qaldığımız ümumi problemlərin qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi səmərəli fəaliyyət üçün yeganə düzgün yoldur.

Milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının koordinasiyalı şəkildə birgə fəaliyyətləri gücümüzü artırar, nəticələri yüksəldər.

Bu bəyanatı yazmaqda və yaymaqda məqsədimiz bir daha Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyənnaməsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirdiyimizi nümayiş etdirmək, güclü, qüdrətli, yenilməz, xalqların birliyinin və dostluğunun qaranti olan ittifaqın qorunmasına və inkişafı naminə yumruq kimi birləşmiş diaspora çevrilmək niyyətimizi ifadə edirik. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yalnız və yalnız ittifaq şəkilində birləşmiş fəaliyyət göstərməklə əsas hədəflərə nail ola bilərlər. Bir olaq, diri olaq, güclü olaq, müttəfiq olaq".

Müraciəti 74 təşkilat imzalayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1367   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel