Big.az və Sonxeber.az saytlarının qurucusu Namiq Abdullayevlə SƏMİMİ MÜSAHİBƏ

Big.az və Sonxeber.az saytlarının qurucusu Namiq Abdullayevlə SƏMİMİ MÜSAHİBƏHəyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar.

Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb var gücüylə çalışsa, uğur qapısına çatar və o qapının açarlarını əldə edər.

Bu yol barədə isə onu qət edənlər daha çox bilər. Uğurun sirləri, açarları nədədir?

Suallarımıza cavab tapmaq və uğurlu insanların həyatını araşdırmaq üçün "Uğurun sirləri" silsiləsini davam etdiririk.

Növbəti qonağımız isə "Big Group" şirkətininin gənc və istedadlı rəhbəri, BiG.AZ saytının qurucusu Namiq Abdullayevdir.

Big.az və Sonxeber.az saytlarının qurucusu Namiq Abdullayevlə SƏMİMİ MÜSAHİBƏBu gün 35 yaşı tamam olan bu adam artıq 16 ildir ki, "BİG Group" şirkətinə rəhbərlik edir.

Fəaliyyət göstərdiyi illər ərzində Namiq Abdullayev müxtəlif mükafatlarla təltif olunub.

Qeyd edək ki, artıq 16 il uğurla fəaliyyət göstərən "BİG Group" şirkətinə bu gün 15-ə yaxın layihə daxildir. Onlardan 3-ü xəbər portalıdır (BiG.AZ, Sonxeber.az, izle.az), digərləri isə (unvan.az, vipemlak.az, sebet.az, servis.az, webpage.az və s.) ticari layihələrdir.

BiG.AZ saytı olaraq bu istedadlı insanı daha yaxşı tanımaq və tanıtmaq üçün ona suallarımızı ünvanladıq:

Big.az və Sonxeber.az saytlarının qurucusu Namiq Abdullayevlə SƏMİMİ MÜSAHİBƏ- Hər şey necə başladı? Niyə məhz sayt işiylə məşğul olmağı seçdiniz?

- Hər şey BiG.AZ saytını qurmaqla başladı. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə yeni daxil olmuşdum. Bu zaman sayt qurmaq qərarına gəldim. BiG.AZ saytı yarandığı ilk günlərdən populyarlıq qazandı. Artıq 16 ildir ki, BiG.AZ saytı fəaliyyət göstərir. O dövrlər sayt az idi, və bu, Azərbaycan internet aləminə fərqliliklər gətirmişdi. Təbii ki, populyar olduğu üçün dağıtmaq istəyənlər, haker hücumu edənlər də çox oldu. Sağ olsunlar, onların sayəsində özümü daha da inkişaf etdirib, BiG.AZ saytının günümüzədək gəlib çıxmasına nail ola bildim. 2009-cu ildə əsgərlikdən gələndən sonra BiG.AZ saytının uğurlu olduğunu gördükdə bu sahəni daha da genişləndirmək qərarına gəldim və zamanla Sonxeber.az, Xanim.az, Unvan.az, Sebet.az, Servis.az, Turlar.az və digər layihələri qurub şərikimlə birlikdə inkişaf etdirdik.

- Bu yolda ən böyük dəstəyi kimdən gördünüz?

- Hər şey sıfırdan başlamışdı, işlədikcə saytın xərclərini ödəyirdik, xüsusi dəstək almamışdıq. Arxadakı körpüləri yandırmışdıq, irəli getməkdən başqa yolumuz yox idi.

- Sizi bu seçimdən çəkindirənlər oldumu? Hazırda onlar nə düşünür?

- Əvvəlcə yaxın ətrafım, valideynlərim belə, nə işlə məşğul olduğumu başa düşmürdülər. Anam həmişə deyirdi: "Get, özünə normal iş tap. Bu nədir? Oturmusan bütün gün kompüterin qabağında!" O vaxt İnternetdə pul qazanmaq qeyri-mümkün görsənirdi. Lakin mən həmişə internetin gələcəyinə inanırdım. Hər hansı bir plan qurduqda dərhal nəticə verəcəyini gözləmirəm. Necə deyərlər, səbir gec bar verən, lakin meyvəsi şirin olan ağacdır.

- Seçiminizə peşman olmusunuzmu? Hər şeyi atıb, başqa işlə məşğul olmağı düşünmüsünüzmü? Başqa peşə seçsəydiniz, nə işlə məşğul olardınız? "İndiki ağlım olsaydı..." cümləsini necə tamamlayardınız?

- Keçmişi yaşamasaydım, indiki ağlım olmazdı. Tam doğru sahəni seçdiyimi düşünürəm. Əlbəttə ki, indiki ağlım olsaydı, daha fərqli işlər görərdim, amma hələ də gec deyil.

- Fikirləriniz çox doğrudur. Etdiklərimiz ya uğur, ya təcrübədir. Əlbəttə, fərqli işlər görmək üçün heç vaxt gec deyil. Bəs siz özünüz səhvlərinizə uğursuzluq, yoxsa təcrübə kimi baxmısınız?

- Düz istiqaməti tapmağın yolu SƏHVLƏRDƏN keçir. Səhv etməyən adam iş görməyən adamdır. Səhvlərdən nəticə çıxarırsansa, bu olur TƏCRÜBƏ.

- Bu yolda hansı çətinliklərlə qarşılaşmısınız? Ən çətin anınız hansı olub?

- Layihələr çox olduğu üçün problemlərin sayı da az olmayıb. Ən çətin anlar 2020-ci ildə başlayan Vətən müharibəsi dövründə yaşandı. Saytın reytinqi və izlənilməsi yüksək olduğu üçün erməni və rus hakerlər tərəfindən saytlara müdaxilə cəhdləri oldu. Həmin dövr həm də informasiya müharibəsi dövrü idi: hər gün gecə saat 3-4-ə kimi oyaq qalırdıq. Əldə olunan informasiyanın düzgünlüyünü yoxlayırdıq.

- Yıxıldıqda yenidən qalxıb davam etmək, təslim olmamaq üçün nə etmək lazımdır?

- İnadkar və tərs olmaq lazımdır. Anam uşaqlıqdan mənə "tərs oğlu tərs" deyərdi. Sən demə, bu xasiyyət mənə kömək olub.

- Sizin üçün nümumə olan, sizi ruhlandıran kimdir?

- Xarici iş adamlarını və milyarderləri çox izləyirəm. Toni Robbins və Robert Kiosakini daha çox bəyənirəm. Adamlar xoşbəxt yaşamağın yolunu tapıblar.

- Həyatınızı və özünüzü bir cümlə ilə vəsf edin.

- İnanıram ki, alınacaq!

- Pula münasibətiniz? Əl çirki ya...?

- Pul gördüyümüz işlərin nəticəsidir. Əl çirki olması adətən kasıb adamların "təsəlli"sidir. Pul hər şey olmasa da, çox şeyi həll edir.

- Kitab ya film?

Əlbəttə, kitab. Filmə son baxdığım yadıma gəlmir, baxanda da "2x sürət"lə baxıram. Adətən biznes mövzusunda olan videoları, kursları izləyirəm.

- Azərbaycan ya xarici ölkə?

- Azərbaycan Vətənimizdir, hər şeyə görə ona borcluyuq. Xarici ölkələrdən ruhu bizə yaxın olan Türkiyəni bəyənirəm.

- Boş vaxtınızı necə keçirirsiniz?

- Biznes mövzusunda kitab oxuyur, video və kurslara baxıram.

- Xoşbəxtlik nədir? Xoşbəxtsinizmi?

- Xoşbəxtlik insanın problemdən uzaq olub, öz istədiyini etməsidir. Həyatda qoyduğum hədəflərin çoxuna çatdığıma görə özümü xoşbəxt hesab edirəm.

- Azadlıq nədədir?

- Məkandan, insanlardan asılı olmayaraq yaşamaq.

- İnsanlarda ən çox nəyə önəm verirsiniz?

- Ən çox dəyər verdiyim insanların etibarlı, düzgün olmalarıdır. Bunlar olmasa, digər xüsusiyyətlər mənasızdır.

- Əvvəlki gənclərlə indiki gənclərin fərqi nədədir? Mənfi və müsbət cəhətləri? Gənclərə məsləhətləriniz?

- İndiki gənclər bir addım öndədirlər, texnoloqiyanın inkişaf vaxtına düşüblər. İndi pul qazanmaq, biznes qurmaq daha asandır. Vaxtlarının qədrini bilsinlər.

- Çox gözəl məsləhətdir. Bəs sizin həyat şüarınız nədir? Sizcə, uğurunuzun sirri nədədir?

- Uğurun sirri məqsədə doğru durmadan irəliləməkdədir. Əgər bir adam bir işlə 10000 saat məşğul olsa, o sahədə 100% uğur qazanacaq. Məndə də belə olub. Çox olub, saytın və işçilərin xərclərini ödəmişik, özümüzə heç nə qalmayıb, lakin buna baxmayaraq, davam etmişik.

- Gələcək planlarınız?

- "Big Group" tərkibində çox layihələr var. Görüləcək işlər çoxdur. Qurulan layihələrin inkişafı üçün hər gün çalışırıq.

- Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün minnətdarıq. Qoyduğunuz bütün məqsədlərə nail olmağınızı, səsinizin daim ucalardan gəlməsini diləyirik.

- Təşəkkürlər.

Natəvan Baxşiyeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 716   Tarix: 22 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel